Icma.az
close
up
RU
Bakıda üç ölkənin əbədi qardaşlığı vurğulandı

Bakıda üç ölkənin əbədi qardaşlığı vurğulandı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bakıda Şimali Kipr Türk Respublikasına həsr olunmuş rəsm sərgisi keçirilib. 18 dekabr tarixində Azərbaycan Rəssamlar İttifaqında təşkil olunan sərgi Şimali Kipr Türk Respublikasının Azərbaycan Nümayəndəliyi, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşəbbüsü ilə baş tutub.

Modern.az xəbər verir ki, sərgidə Azərbaycan və Şimali Kiprə həsr edilmiş, müxtəlif yaş qruplarından olan peşəkar və həvəskar rəssamların əsərləri nümayiş olunub. Təqdim edilən işlər iki qardaş ölkənin təbiətini, mədəniyyətini və ortaq dəyərlərini sənət dili ilə əks etdirib.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Azərbaycan üzrə nümayəndəsi Ufuk Turqanər Azərbaycan ilə Şimali Kipr arasında mövcud olan sarsılmaz münasibətlərdən bəhs edib. O bildirib ki, bu əlaqələr dərin tarixi köklərə əsaslanan möhkəm qardaşlıq bağları üzərində qurulub. Ufuk Turqanər qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər bu qardaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir və hər biri yüksək sənət dəyərinə malikdir.

Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında azərbaycanlı sənətçilərin Şimali Kiprə xüsusi maraq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, sənətçilər bu ölkəyə səfər edir, oradan aldıqları ilhamı öz yaradıcılıqlarında əks etdirirlər. Feyziyev əlavə edib ki, layihə ölkələr arasında mədəni əlaqələrin inkişafına töhfə verməklə yanaşı, Şimali Kiprin turizm potensialının tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır. Növbəti mərhələdə sərginin Şimali Kiprdə keçirilməsi planlaşdırılır.

YAP Yasamal Rayon Təşkilatı sədrinin müavini Elnara Mustafayeva belə tədbirlərin mənəvi dəyərlərin təzahürü olduğunu qeyd edərək, bu cür sərgilərin Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında münasibətlərin daha da inkişafına töhfə verdiyini bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər çıxış edənlər də sərginin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Serdar Şengül

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri