Bakıda üzərinə yol nişanı aşan 10 yaşlı Sərxandan xəbər var VİDEO
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın komadan ayıldığı və heç kimi tanımadığı iddia olunub.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-a daxil olan məlumatda iddia edilib ki, Sərxan ayılsa da, heç kimi tanımır və bədəninin bəzi hissələrini hərəkət etdirə bilmir.
Sərxanın müalicə olunduğu Mərkəzi Klinikadan xəstənin palataya köçürüldüyü bildirilib.
“Xəstəmiz yeddi gündür ayıq vəziyyətdə müşahidə olunur. Şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiya (intensiv terapiya) ehtiyacı qalmayıb, bu səbəbdən reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb.
Palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir. Xəstənin fasilələrlə yeridilməsinə başlanılıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir”, – deyə məlumatda vurğulanır.
Xatırladaq ki, hadisə dekabrın 25-də Bakının Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















