Icma.az
close
up
RU
Bakıda valideynlə lisey rəhbərliyi arasında mübahisə böyüyür ŞİKAYƏT

Bakıda valideynlə lisey rəhbərliyi arasında mübahisə böyüyür ŞİKAYƏT

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Məktəbin direktoru İlahə Carçıyevanın məktəbdə baş verən hadisələrlə bağlı verdiyi açıqlama real vəziyyətə uyğun gəlmir. Məsələyə sadə məntiqlə yanaşdıqda aydın olur ki, əgər sinifdə baş vermiş hadisəyə məktəb rəhbərliyi vaxtında və düzgün qaydada müdaxilə etsəydi, bu məsələ valideyn səviyyəsinə qədər çatmazdı”.
Bunu Demokrat.az-a açıqlamasında Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-liseyin şagirdləri arasında baş verən incidentdən şikayətçi olan valideyn deyib. 
Onun sözlərinə görə, direktorun açıqlamasında qeyd olunur ki, guya müəyyən tarixdə onun iştirakı ilə məsələnin həllinə cəhd göstərilib, akin faktiki olaraq, qız şagirdin anasının iştirakı olmadan direktor müavini Naibə Kərimli və oğlan şagirdin anası direktorun otağına daxil olublar, daha sonra baş verən hadisələr məktəbin əvvəlki açıqlamalarında təhrif olunmuş şəkildə təqdim edilib:
“Uşaqları dərs otağından çıxararaq başqa otağa aparan direktor müavini Naibə xanımın və oğlan şagirdin anasının bu hərəkəti məktəbin dəhlizlərində quraşdırılmış video-müşahidə kameraları vasitəsilə asanlıqla sübut oluna bilər. Belə faktların gizlədilməsi və ya təhrif edilməsi yolverilməzdir.
Bundan əlavə, Naibə Kərimlinin qızlarım hadisəyə aydınlıq gətirməyə çalışarkən “kəs səsini” kimi qeyri-etik ifadələr işlətməsi, eləcə də oğlan şagirdinin anası “bura polis çağırardım” və “bunlar sənin düşmənlərindir (ВРАЖДЕБНЫЕ)” kimi təhdidedici sözlər səsləndirməsi təhsil mühitində tamamilə qəbuledilməzdir. Direktor müavininin bu davranışlara şərait yaratması məktəbdə etik prinsiplərin, obyektivliyin və pedaqoji dəyərlərin ciddi şəkildə pozulduğunu göstərir. Belə şəraitdə sağlam tədris və tərbiyə mühitindən danışmaq mümkün deyil.
Məktəbin açıqlamasında bildirilir ki, “Sonda şagirdlərə izahat yazdırılıb və onların yazısı ilə tanış olmaq üçün valideynlərə təqdim olunub.” 
İlahə Carçıyeva da etiraf edir ki, əvvəlki qeyd etdiyimiz kimi, bizim iştirakımız olmadan direktor müavini Naibə Kərimlinin və oğlan şagirdin anasının iştirakı ilə övladlarımı ağladaraq izahat yazdırılıb.
Bu hal həm hüquqi, həm də etik baxımdan ciddi suallar doğurur. Şagirdin valideyninin izni olmadan ondan yazılı izahat tələb olunması “məcburiyyət” kimi qiymətləndirilə bilər və bu, məktəbdə tərbiyə və intizam tədbirləri çərçivəsində etik-hüquqi məsuliyyət yaradır. Nəticə etibarilə, məktəbin öz açıqlaması belə, qızlarımın hüquqlarının kobud şəkildə pozulduğunu dolayısı ilə təsdiq edir”.
Xatırladaq ki, Bakının Nəsimi rayonu ərazisində, Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-liseyin 6C sinfində şagirdlər arasında insident olub. 
Valideynin iddiasına görə, hadisə baş verdikdən sonra məktəb rəhbərliyi dərhal tədbir görməyib, valideynlərin israrından sonra görüş keçirilib, məktəb rəhbərliyi uşaqları valideynlərin icazəsi olmadan başqa sinfə aparıb və psixoloji təzyiq göstərib, səsyazma aparıblar. 
Lakin liseyin direktoru açıqlamasında şikayətin əsassız olduğunu, problemin şagirdlər arasında yox, valideynlər arasında olduğunu bildirmişdi.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri