Bakıda və Abşeron yarımadasında 21 dərəcə isti olub FAKTİKİ HAVA
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aprelin 6-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Daşkəsəndə 23 m/s, Şahdağda 20, Gəncə, Altıağac və Qobustanda 18, Kəlbəcərdə eyni zamanda Bakıda və Abşeron yarmadasında 16 m/s-yə çatıb.
Düşən yağıntının miqdarı Şahbuzda 6, Ordubadda 2, Şərur, Culfa, Sədərək, Naxçıvan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəmkir və Astarada 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında, Neft Daşları, Çilov adası, Şəmkir, Şamaxı, Qobustan, Şabran, Daşkəsən, Göygöl, Qax və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 m-dək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21, Aran rayonlarında eləcə də, Naxçıvan MR-də 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.
Baxış sayı:100
Bu xəbər 06 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















