Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti nə qədər davam edəcək?
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, cənub və aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur.
Qaynarifno xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.
O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır.
R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub:
"Tozlu hava şəraitinin, meteoroloji vəziyyətdən asılı olaraq, üç gün ərzində davam edəcəyi gözlənilir".

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti nə qədər davam edəcək?
04 Avqust 2025 16:51
Bakıda və Abşeron yarımadasında müşahidə olunan hava şəraiti
28 Noyabr 2024 17:08
Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək
06 Dekabr 2024 13:11
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq
17 Noyabr 2024 12:57

