Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
"AzPolitika" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Vurğulanıb ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
Baxış sayı:84
Bu xəbər 15 Oktyabr 2026 08:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















