Bakıda xanım jurnalistə zor tətbiq olundu VİDEO
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda 120 nömrəli sərnişin avtobusunda insident baş verib, nəticədə jurnalist xanıma zor tətbiq olunub.
Metbuat.az xəbər verir ki, hadisə əməkdaşımız jurnalist Sevinc İbrahimzadənin başına gəlib.
Məlumata görə, 28 May dayanacağından hərəkətə başlayan 120 nömrəli avtobusda jurnalist S. İbrahimzadə oturacaqlardan birinə qoyulmuş çantaları yan tərəfə yerləşdirib. Bu zaman həmin əşyaların sahibi — Yeganə adlı sərnişin ondan yerindən qalxmasını tələb edib və iddia edib ki, həmin yer ona məxsusdur.
Qısa müddət sonra tərəflər arasında mübahisə yaranıb. Jurnalist xanım yerindən durmadıqda, Yeganə adlı sərnişin ona zor tətbiq edərək sərt şəkildə aşağı dartıb. Nəticədə Sevinc İbrahimzadə yıxılıb və əli yaralanıb.
Mübahisə zamanı Yeganə adlı qadın jurnalistə qarşı kobud ifadələr də işlədib. Hadisə avtobus sürücüsünün və digər sərnişinlərin gözü qarşısında baş verib. Sərnişinlər də Yeganə adlı qadının davranışına etiraz ediblər.
Jurnalist Sevinc İbrahimzadə hadisə ilə bağlı polisə müraciət edib. Fakt araşdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Noyabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















