Icma.az
close
up
RU
Bakıda yad adamların qucaqlaşdığı məkan: İnsanlar orada niyə Niva arzulayır?

Bakıda yad adamların qucaqlaşdığı məkan: İnsanlar orada niyə Niva arzulayır?

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeddi aydır tələbə qızımla yol yoldaşıyıq. Səhər saat 7-də yaşadığım Ceyranbatan qəsəbəsindən evdən çıxıb, fərdi maşınımla yola düşürük. Sumqayıt-Bakı yolundakı analoqu olmayan və sanki gündəlik "rituala" çevrilən "tıxac həyəcanı"nı yaşayaraq, qızımı saat 08:15-08:25 aralığında Tibb Universitetinə çatdırıram.
Daha sonra özüm işə gəlirəm, saat 08:35-08:45 aralığında redaksiyaya yetişirəm.
Maşınım dünən axşam xarab olduğu üçün bu gün taksi ilə yox, məhz ictimai nəqliyyatla gəlməyə qərar verdik. Açığı, hər gün tıxaclarda qalanda xüsusi zolaqda şütüyən avtobusları görəndə beynimdən dəfələrlə keçib ki, şəxsi avtomobilin "daşını atmaq" lazımdır. Bu gün fürsət ikən həm də bir təcrübə aparmaq üçün piyada saat 06:50-də evdən çıxdıq.
07 radələrində Ceyranbatan dayanacağından ardıcıl olaraq keçən iki komfort avtobus saxlamadan getdi. Boş yer olmayanda burada dayanmırlar. Dəfələrlə təklif verilsə də ki, səhər saat 7-8 aralığında bir neçə avtobusun ilk sərnişin mindirmə məntəqəsi 30 mindən çox əhaliyə malik Ceyranbatan olsun, əhəmiyyət verilməyib.
07:15-dək Sumqayıt-Ceyranbatan-Masazır-Bakı xətti üzrə işləyən 500 nömrəli avtobus da gəlib çıxmadı.
"Manatlıq taksi"lər də artıq yoxdur, hərdən yoldan keçənlər isə "pik saat" fürsəti ilə 3, ən yaxşı halda 2 manat gediş haqqı istəyirlər. Heç kim də minmir...
Dadımıza qəfildən gəlib Ceyranbatan dayanacağında saxlayan bir "QAZel" markalı mikroavtobus çatdı. 07:16-da paytaxta doğru hərəkətə başladıq. Yol boyunca dayanacaqlardakı adamları seyr edirdim: Masazırda, Xırdalan ərazisində yüzlərlə insan avtobus, mikroavtobus gözləyirdi...
Sürüş taktikasından peşəkar olduğu hiss edilən sürücü "Xırdalan dairəsi"ndən sonra bəzi hissələrdə avtobus zolağına da girdi, bunun sayəsində 07:48-də gəlib "20 Yanvar"a çatdıq. Onu da qeyd edim, əgər bu sürücü dəli-dolu olmasaydı, o tıxacda azı 50 dəqiqəyə paytaxta yetişəcəkdik. Əslində, yolda tıxac problemi olmasa 15-16 dəqiqəlik yoldur...
Hə, yeri gəlmişkən, çox vaxt iş yoldaşım, yaxın ərazidə yaşadığımız Vüsal Mehdioğlu da maşınla mənimlə birgə gəlir. Bugünkü bəlli durumda o, öz evinin yaxınlığından yola düşən "2 manatlıq" taksi ilə Bakıya yetişə bilmişdi.
Yolda ikən onunla "WatsApp"da yazışdıq. Sonrakı marşrutumuz üzrə mən qızımı 13 və ya 83 nömrəli avtobusla Tibb Universitetinə yola salıb, Vüsalla metroya minib işə gəlməyi qərarlaşdırdıq.
Qızımla dayanacaqda düz 20 dəqiqə avtobus gözlədik. Bir 83, bir 13 gəldi keçdi, amma basabas o həddə idi ki, minmək mümkün olmadı.
Müvafiq qurumlara maraqlı olsa, həmin saatlarda o dayanacaqdakı durumu təhlükəsizlik kameralarından görə bilərlər...
Artıq baxdım ki, özüm də işə gecikirəm, qızıma dayanacaqda avtobus gözləməyi tapşırıb (saat 08:28-də yazdı ki, hələ indi çatır. Yəni təxminən 35 dəqiqə avtobus gözləyib), Vüsal Mehdioğlu ilə birlikdə metro keçidinə endik. Giriş qapısına çatmağa 30-40 metr qalmış burada da "adam tıxacı"na düşdük.
İnsanlar metroya cəmi bir qapıdan buraxılırdı. Səbəb dünən yaşanan problemlə bağlı idi, vaqonlarda basabas olmamasına çalışırdılar.
Ancaq platformada da iynə atsan yerə düşməzdi. Qatar gəldi, minmək mümkün olmadı, tam dolu idi, bir ayaq üstə də dayana bilməzdin.
İkinci qatar isə 4 dəqiqə sonra gəldi. Addım atmağıma ehtiyac olmadı, arxadakı insanların inersiyası ilə avtomatik vaqona sürütləndik.
"İnşaatçılar" stansiyasında isə axın o qədər güclü oldu ki, artıq vaqonda qadınlı-kişili yad insanlar sözün əsl mənasında bir-biriləri ilə qucaq-qucağa dayandılar. Heç adam əksər yaxın qohumları ilə belə mehriban qucaqlaşa bilmir, ar edir.
"Mehribançılığın" bu forması artıq eybəcərdir, abırlı insanların əksəri başını aşağı dikib utandıqlarından bir-birinin üzünə baxa bilmirdilər. Çox adam gözlərini tavana zilləmişdi, bu məşəqqətin sona çatması üçün Yaradana dua edirdilər sanki...
Hərdən adamın yadına cibgirlər-filan da düşür, amma qətiyyən əlini tərpədib telefonun, cüzdanın cibində olub-olmamasını yoxlaya bilmirsən...
Azca aralıda daha sıx "mehribanlaşmış" halda dayanan Vüsal sanki gözlərimdən yağan "belə nə qədər dözmək olar" sualını oxumuşdu. Gülümsəyərək dedi:
"Belədir də, dözməliyik"...
Düşündüm, bəlkə vəziyyət təkcə bu gün belədir? Yan-yörədəki adamların sözlərindən bəlli oldu ki, 22 apreldə qismən daha sıxlıq olsa da, metroda pik saatlarda durum əksərən bu cürdür...
Vaxtım çox olsaydı daha incəlikləri, insanların reaksiyalarını tragikomik cümlələrlə bu yazını bəzəmək mümkün idi.
Ancaq redaktəsini gözləyən xəbərlərin, məqalələrin yığılıb qalmaması üçün aşağıdakı abzasla bu məqaləyə yekun vurmaq məcburiyyətindəyəm:
Tam səmimiyyətlə deyirəm, ictimai nəqliyyat normal olsa, gündə 10 manatlıq benzin sərf etməmək, amortizasiya xərclərindən qurtulmaq, tıxaclarda əsəb keçirməmək, işə gələnədək yolda saytlara baxıb gündəmlə tanış olmaq üçün məmnuniyyətlə avtobus və metro ilə hərəkət edərəm.
Nəyə deyirsiniz and içim, əgər avtobusa normal şəkildə minib gələ bilsəm, tıxac stressi, "xərcartıran makina" olması səbəbindən fərdi maşınla "dostluğu" pozaram.
Ancaq çifayda! Nəinki maşını buraxıb avtobusla gedib-gəlməyə təşviq edən, heç orta səviyyədə ictimai nəqliyyat və onun infrastrukturu yoxdur.
Təbii, razıyam və şahidəm ki, son illərdə ictimai nəqliyyatla bağlı xeyli irəliləyiş mövcuddur. Ancaq hələ çox işlər görülməlidir. Daşıyıcı şirkətlərdə intervalı azaltmaq, yeni şirkətləri sərnişindaşımaya cəlb, sövq etmək üçün stimullaşdırıcı tədbirlərə ciddi ehtiyac var.
Əziz və hörmətli bizi ictimai nəqliyyatdan istifadə etməyə səsləyən, nəsihət verən gözəl, bahalı xidməti maşınlarda hərəkət edən adamlar, mən və ya Əhməd belə eybəcər, insanı abırsız edən ictimai nəqliyyata necə maraq göstərək?
İnanmırsınızsa, bircə gün siz özünüz istifadə edin, yoxlayın.
İnsanın ləyaqətli yaşamaq kimi konstitusion haqqı var, nəqliyyatdan istifadə də yaşamın bir hissəsidir...
Hazırkı durum isə bugünkü müşahidələr fonunda belə düşüncə, niyyət, arzu yaradır: borc-xərc, imkan edib bir köhnə "Niva" da alıb həyətə atmaq lazımdır ki, o biri "darundulet" xarab olanda yollarda, metroda əllərdə qalmayasan.
Elşad Məmmədli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri