Bakıda yanğın: sakinlər təxliyə edildi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda yaşayış binasında yanğın olub.
Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Yüksək temperaturdan 4-cü mərtəbədə mənzilin xarici divarına quraşdırılan kondisioner əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu mövzuda digər xəbərlər:Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edildi
04 Oktyabr 2025 15:59
Bakıda binada yanğın olub Sakinlər təxliyə edildi FOTOLAR
21 Mart 2025 08:05
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın Sakinlər təxliyə edildi
15 Mart 2026 10:13
Bakıda güclü yanğın Sakinlər təxliyə edilir+Video
07 May 2025 21:08
Baxış sayı:112
Bu xəbər 03 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















