Icma.az
close
up
RU
Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ VİDEO/FOTO

Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ VİDEO/FOTO

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fevralın 20-də Bakıda YARADICI Mərkəzdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” keçirilib.

Yenicag.az xəbər verir ki, əvvəlcə forum vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sayğı duruşu və milli himnimizin oxunması ilə başlayıb.

Forumun aparıcısı telejurnalist Aynur Kərimli təşkilatçılar adından qonaqları salamlayaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və yaradıcı sahənin inkişafının uğurla davam etdiyini bildirib.

Açılış mərasimində çıxış edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili forumun baş tutmasına verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və rəsmi tərəfdaş təşkilatlara – YARADICI Mərkəzə, Azərbaycan-Türkiyə Evinə və “News Baku” Media və Kommunikasiya Mərkəzinə təşəkkür edib.

QHT sədri forumdan gözləntilərin böyük olduğunu bildirib:

“Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə, dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək”.

Forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğulayan T. Allahverdili qeyd edib ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa şərait yaradır.

Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov Yaradıcı Sənaye sahə­sinə kütləvi girişin təmin edilməsi, yeni iqtisadi modellərin inkişaf etdirilməsi, insanların etmək istədikləri yeniliklər barədə fikirlərini və ideyalarını bölüşmələri, süni intellekt və texnologiyanın gücü ilə insanların həyatının asanlaşdırılması və yeni texnologiya imkanlarından səmərəli istifadə mövzusunda çıxış ediblər.

Forum QHT və media rəhbərlərinin, həmçinin yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə panel sessiyalarla davam edib.

İnsun Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərovanın moderatorluğu ilə baş tutan MEDİA və YARADICI sənayenin qarşılıqlı əməkdaşlıq perspektivləri adlı paneldə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.az saytının baş redaktoru Hacıbəy Heydərli, sənətşünas, Moderator.az-ın baş redaktoru Xəyalə Rəis, tanınmış telejurnalist, aparıcı Jalə Həsənli, siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Azərbaycanda ilk sağlam qidalanma mütəxəssisi, Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynovanın moderatoru olduğu Yaradıcı sənaye: İnnovativ və dayanıqlı inkişaf mərhələləri mövzusunda baş tutan ikinci panrifdə isə tanınmış jurnalist, Manşet.az-ın rəhbəri Əli Vəliyev, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydınxan Əbilov, rejissor, Baku.es xəbər saytının rəhbəri Fikrət Məmmədov və gənc şair, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar mövzu ətrafında geniş çxış ediblər.

Forumun sonunda məruzəçilərə plaketlər, iştirakçılara isə sertifikatlar təqdim edilib.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri