Bakıda yarım milyonluq maşına görə 300 manat cərimə yazıldı
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda fəaliyyət göstərən şirkət gömrük sənədlərini vaxtında təqdim etmədiyinə görə 300 manat məbləğində cərimələnib.
Modern.az-ın məlumatına görə, şirkətin ünvanına Böyük Britaniyadan 2025-ci il istehsalı olan “Bentley” markalı avtomobil idxal olunub. Lakin avtomobil “Mazımqara” gömrük postundan keçərək ölkəyə gətirildikdən sonra, qanunla nəzərdə tutulmuş 15 gün müddətində gömrük bəyannaməsi təqdim edilməyib.
Gömrük Komitəsi bu faktı aşkar edərək inzibati xəta protokolu tərtib edib. İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən cərimə tətbiq olunub.
Qeyd edək ki, 2025-ci il istehsalı “Bentley” markalı avtomobillərin bazar qiyməti, model və komplektasiyasından asılı olaraq, yarım milyon manata yaxın qiymətləndirilir.
Elnur Əmirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















