Bakıda yaşayış evini restorana çevirdilər Qonşular ŞİKAYƏTÇİDİR VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rahat yaşamaq istəyən şəxs qonşuluqdakı restoranın səs-küyündən şikayətçidir.
Bizim.Media xəbər verir ki, paytaxtın Nizami rayonu, Nəsimi küçəsində illərdi fərdi evdə yaşayan Firdovsi Vəliyev deyir ki, qonşusu evini icarəyə verib.
Həmin ikimərtəbəli ev də icarəyə götürən şəxs tərəfindən restoran edilib. Daha dəqiq desək, ''Saraclı'' kimi tanınan xəngəlxana olub.
''Xəzər Xəbər''ə müraciət edən Firdovsi Vəliyev iddia edir ki, axşam düşən kimi restoranına gələn müştərilərin davranışı onların gündəlik həyatına təsir edir.
O, deyir ki, dəfələrlə evin sahibi və restoranı icarəyə götürən şəxsə irad bildirib. Amma heçnə dəyişməyib.
Vətəndaş deyir ki, oğlunu və onun ailəsini məcbur qalıb digər yerə köçürüb. Evin restoran kimi fəaliyyət göstərməsinə kim icazə verib, sualımıza isə Nizami rayon İcra Hakimiyyətindən cavab aldıq.
Qurumdan bildirilib ki, vətəndaşın müraciəti araşdırılıb. Məsələ ilə bağlı qanuna müvafiq tədbirin görülməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 Oktyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















