Icma.az
close
up
RU
Bakıda yayılan xəstəlik COVID dir? Yoluxduqda bunları edin

Bakıda yayılan xəstəlik COVID dir? Yoluxduqda bunları edin

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Payız fəslinin gəlməsi ilə birlikdə əhalinin müxtəlif yaş qrupları arasında qripə və koronavirusa bənzər xəstəliklər yayılıb. Yüksək hərarət, burunaxması, yorğunluq. Halsızlıq və bir sıra simptomlarla müşahidə olunan virusun əhatəsi get-gedə böyüyür.

Bəs görəsən, bu xəstəlik hansı viruslardan yaranır? Ona yoluxmamaq üçün nə etmək lazımdır?

İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya mütəxəssisi, doktor Vasif Əliyev Lent.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, son vaxtlar məktəblərdə, xüsusən uşaqlar arasında  qrip və qripəbənzər əlamətlərlə müşahidə olunan repirator xəstəliklərin sayı çoxalıb.

“Havaların soyuması və ictimai yerlərdə insanların çox olması xəstəliyin əhatəsini daha da artırır. Qrip, paraqrip, korona, adenovirus, rinavirus, reseve virusu və digər infeksiyalar eyni simptomlarla biruzə verdiyi üçün onları əlamətlərə görə müəyyən etmək çətinləşir.

Müşahidə etdiyimiz xəstəliklər arasında qrip və COVID–19-un yeni ştammı da var. Lakin uşaqlar və böyüklər arasında yayılan xəstəliyin hansı virusla yoluxduğunu müəyyən etmək üçün test vermək lazımdır.

Mövsümə uyğun geyim və sağlam qidalanma, həmçinin zərərli vərdişlərdən uzaq durmaq profilaktik olaraq xəstəlikdən qorunmağa yardımçı olur. Bununla yanaşı xəstəliyə yoluxmuş şəxslərin tibbi maska istifadə etməsi, ev şəraitində, həkim nəzarətində müalicə alması mütləqdir.

Xəstəliyi olan şəxslərə istirahət rejimi, bol maye qəbulu və hərarət anında uyğun dərmanlardan istifadə etmək tövsiyə olunur. Bu, virus mənşəli xəstəlik olduğuna görə antibiotik qəbul edilməməlidir, lakin ağırlaşmalar varsa və həkim məsləhəti olarsa, istisnalar edilə bilər.

Uşaqlar, xroniki xəstəliyi olanlar, virusa tez yoluxanlar mütləq hər il qrip peyvəndi vurdurmalıdırlar. Peyvəndləmə oktyabr ayından başlayaraq, qış fəslini əhatə edir”.

Həkim qeyd edib ki, xəstəlikdən qorunmağın ən yaxşı və asan üsulu əl yuma mədəniyyətidir

“Çox vaxt asqırarkən ağız və burun yollarında olan viruslar əlimizə təmas edir. Əllər yuyulmadıqda isə o digər əşyalara keçərək, digər şəxsləri də yoluxdura bilir. Xəstə olan insanlar davamlı olaraq əllərini yumalıdırlar.  Sabunlu su yoxdursa, spirtli və ya digər dezinfeksiyaedici məhsullardan istifadə etmək mütləqdir. Asqıraq gəldiyi vaxt ağızı əllə yox, qolla tutmaq lazımdır”, - Vasif  Əliyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri