Icma.az
close
up
RU
Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? həkimdən xəbərdarlıq

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? həkimdən xəbərdarlıq

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər. 

Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39-40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə xəstəliyin yeni virus olub-olmaması ilə bağlı suallar yaradır. 

Qeyd edək ki, son günlər bir sıra ölkələrdə A tipli qrip virusunun H3N2 ştammının yayılması ilə bağlı məlumatlar yayılıb. Ölkənin səhiyyə qurumları bu ştammın dövriyyədə olduğunu bildirib və əhaliyə qoruyucu tədbirlərə əməl etməyi, xüsusilə də risk qrupunda olan şəxslərə peyvənd olunmağı tövsiyə edib. Virusun Türkiyədə və Ermənistanda da aşkarlandığı bildirilir. Səhiyyə mütəxəssisləri qeyd edirlər ki, virusun əlamətləri hər kəsdə eyni olmaya bilər və bəzi hallarda yüksək hərarət, halsızlıq və ümumi zəiflik klassik öskürək və boğaz ağrısı olmadan da müşahidə edilə bilər. Bu səbəbdən xəstəlik əlamətləri uzun müddət davam etdikdə həkimə müraciət etmək və özünü müalicədən çəkinmək tövsiyə olunur.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a açıqlama verən pediatr Gülşən Əliyeva bildirib ki, hazırda uşaqlar müxtəlif şikayətlərlə həkimə müraciət edirlər. Onun sözlərinə görə, əsasən yüksək hərarət - 39-40 dərəcəyədək temperatur müşahidə olunur. Valideynlər çox zaman dərhal həkimə müraciət etmir, bir neçə gün, bəzən isə 10 günədək ev şəraitində müxtəlif simptomatik dərmanlardan istifadə edirlər. Nəticədə uşaqlar artıq müayinəyə gətiriləndə pnevmoniya aşkar olunur. Həkimin sözlərinə görə, bu il müraciət edən uşaqlar arasında pnevmoniya ilə ağırlaşan hallar üstünlük təşkil edir.

Gülşən Əliyeva qeyd edib ki, son günlər bir neçə gün davam edən hərarətdən sonra qusma, ürəkbulanma və ishal şikayətləri ilə müraciətlər də artıb. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də uşaqlar arasında kəskin respirator infeksiyalar və mədə-bağırsaq infeksiyaları daha çox yayılıb. Xəstəliklər uşaqlarda müxtəlif dərəcədə və fərqli ağırlıqda keçir.

Pediatr vurğulayıb ki, müalicə hər bir uşağa fərdi şəkildə, orqanizmin xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur. Ümumilikdə isə müalicənin nəticəsi və proqnozu yaxşıdır: həkimə müraciət edən uşaqlar sağalır və aparılan müalicə qənaətbəxş nəticə verir.

Həkim valideynlər arasında geniş yayılmış “uşaq xəstələnən kimi sistem vurulması” məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, venadaxili infuziya yalnız ciddi tibbi göstəriş olduqda və mütləq xəstəxana şəraitində aparılmalıdır: “Əgər uşaqda ciddi maye itkisi müşahidə olunursa, yalnız bu halda müvafiq göstərişlər əsasında stasionar şəraitdə venadaxili köçürülmə həyata keçirilə bilər. Ambulator şəraitdə, yəni evdə və ya poliklinika səviyyəsində venadaxili infuziyaların aparılması isə düzgün hesab olunmur”

Share

Tweet

Email

Share

Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Dekabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see282

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see246

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see194

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see175

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see172

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see164

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see162

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see159

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri