Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanılıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Bakının nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti layihənin icrasına başlanılıb.
"APA-Economics" xəbər verir ki, layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur.
Tunellər “Bakı Metropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.
Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr, hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.
Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9 metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.
Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət edəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşı tərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafda yaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.
Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarına uyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirin minimuma endirilməsi nəzərdə tutulur.
Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayev küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının yüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunacaq.
Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltı keçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeni yeraltı tunellər layihələndirildiyindən bağlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Yanvar 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















