Icma.az
close
up
RU
Bakıda yeni avtovağzallar tikilə bilər? Yeni nəqliyyat planı

Bakıda yeni avtovağzallar tikilə bilər? Yeni nəqliyyat planı

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gündəlik səfərlərimizə bir sualdan başlamaq lazımdır: hara gedirik, nə ilə gedirik və niyə məhz həmin nəqliyyat növünü seçirik? Böyük şəhər aqlomerasiyalarında nəqliyyat sisteminin effektivliyi yalnız yolların, avtobusların və ya qatarların sayından asılı deyil. Sərnişin axınlarının şəhər üzrə necə paylandığı da ən azı onlar qədər vacibdir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. O bildirib ki, Bakı kimi böyük aqlomerasiya üçün nəqliyyat axının bölüşdülürməsi vacibdir:

“Bakının timsalında maraqlı vəziyyət yaranır. Paytaxtın əsas şəhərlərarası və beynəlxalq nəqliyyat qovşaqlarına baxdıqda, bir hava limanı, bir əsas avtovağzal və bir əsas dəmiryol vağzalı görürük. Sezar pizza

Bu qovşaqların yerləşmə xüsusiyyətləri isə sərnişinlərin böyük hissəsinin müəyyən istiqamətlərdən şəhərin ayrı-ayrı hissələrinə deyil, eyni mərkəzi nöqtələrə yönəlməsinə səbəb olur. Nəticədə təkcə həmin qovşaqlar deyil, onlara aparan metro, avtobus və avtomobil yolları da əlavə yüklənir.

Burada əsas sual yaranır:

Bütün sərnişinləri mümkün qədər bir neçə böyük qovşaqda toplamaq doğrudur, yoxsa axınları şəhər üzrə daha rasional şəkildə bölmək lazımdır?

Məncə, Bakı kimi böyük aqlomerasiya üçün ikinci yanaşma daha çox müzakirə olunmalıdır.

Şəhərin mərkəzi və şərq hissələrində əlavə şəhərlərarası avtobus və dəmiryol qovşaqlarının yaradılması sərnişin axınlarının parçalanmasına, səfərlərin qısalmasına və nəqliyyat əlçatanlığının yaxşılaşmasına xidmət edə bilər.

Burada söhbət yalnız yeni avtovağzal və ya vağzal tikməkdən getmir. Əsas məsələ nəqliyyat qovşaqlarının şəhərin məkan strukturu ilə düzgün əlaqələndirilməsidir.

Məsələn, Kiyev təcrübəsinə baxaq. Şəhərdə 20 avtostansiya və 5 avtovağzal fəaliyyət göstərir. Burada diqqətçəkən məqamlardan biri avtobus qovşaqlarının dəmiryol vağzallarına yaxın yerləşməsidir. Hətta beynəlxalq avtobus reyslərinin də bu qovşaqlardan istifadə etməsi sərnişinə bir nəqliyyat növündən digərinə keçidi asanlaşdırır.

Bu modeldən çıxarılası əsas dərs sayın çoxluğu deyil, funksiyaların şəhər üzrə bölüşdürülməsidir.

Məsələn:

qərb istiqamətindən gələn sərnişin üçün şəhərin digər başına getmək məcburiyyəti yaranmamalıdır;

şərq və cənub-şərq istiqamətləri üçün ayrıca şəhərlərarası nəqliyyat qovşaqları nəzərdən keçirilə bilər;

avtobus və dəmiryol qovşaqları bir-birinə yaxın yerləşdirilməlidir;

metro, şəhərdaxili avtobus və gələcəkdə digər mikromobillik vasitələri ilə inteqrasiya təmin edilməlidir; beynəlxalq, regional və şəhərlərarası reyslər üçün fərqli qovşaq strukturu formalaşdırıla bilər.

Ekspert həmçinin əlavə edib ki, düzgün nəqliyyat infrastrukturu sərnişini infrastruktura uyğunlaşdırmamalıdır:

“Əslində məsələ “Bakıda neçə avtovağzal olmalıdır?” sualından daha genişdir.

Əsas sual belə qoyulmalıdır:

“Bakıda sərnişin axınlarını harada və necə bölüşdürsək, şəhər üçün daha əlçatan və daha səmərəli nəqliyyat sistemi yaradar?”

Çünki sərnişin axınının parçalanması öz-özlüyündə məqsəd deyil. Məqsəd sərnişinin lazımsız yerə şəhəri keçməsinin qarşısını almaq, nəqliyyat qovşaqlarına çıxışı yaxşılaşdırmaq və bütün sistemi daha balanslı yükləməkdir.

Bəlkə də Bakı üçün növbəti mərhələdə yeni avtovağzal tikintisindən əvvəl “Sərnişin axınlarının məkan üzrə paylanması” ayrıca tədqiqat mövzusu olmalıdır.

Əvvəlcə axını ölçək. Sonra modelləşdirək. Daha sonra qovşaqların harada yerləşməli olduğunu müəyyənləşdirək. Çünki düzgün nəqliyyat infrastrukturu sərnişini infrastruktura uyğunlaşdırmamalıdır — infrastruktur sərnişinin real hərəkət tələbatına uyğun qurulmalıdır”.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Avqust 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri