Bakıda yeni dələduz peyda olub: Maşınları götürüb metalloma verir
Avtomobil alqı-satqısı ilə məşğul olan şəxslərə ehtiyatlı olmaq tövsiyə edilir. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, Böyükzadə Nazim adlı şəxs avtomobil kirayəsi ilə bağlı dələduzluq fəaliyyəti ilə məşğul olur.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sözügedən şəxs əvvəlcə avtomobil kirayə götürərək, onu dəyərindən aşağı qiymətə metalloma satır və əldə etdiyi pul ilə yoxa çıxır.
![](https://olke.az/file/articles/2024/11/14/1731587077_1246380x.jpg)
Bu şəxsin sabit bir yaşayış ünvanı olmadığı bildirilir. O, müxtəlif ərazilərdə qısa müddətli kirayə evlər tutaraq, orada tanış olduğu insanlardan pul alır, kirayəni ödəmədən isə evdən gecə qaçır. Həmçinin, avtomobil alqı-satqısı ilə əlaqəli səhifələrdə reklam verərək alıcıları aldatmağa çalışır.
Faktla bağlı araşdırmalar başlayıb və iş hazırda məhkəmədədir. Buna görə də, əhalinin bu cür şəxslərə qarşı daha diqqətli olması tövsiyə olunur.
![see](https://icma.az/template/assets/see.png)