Icma.az
close
up
RU
Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Belə ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcəkdir.

“28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2040-cı ilədək “28 May” - ”Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması planlaşdırılır.

2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur ("28 May"stansiyasının yenidən qurulması daxil olmaqla).

2027-ci ilədək nəzərdə tutulan hədəflər:

• Metronun əhatə dairəsinin genişləndirilməsi;• bənövşəyi xətt üzrə “Xocəsən-Avtovağzal“ hissəsinin, “B-03“ və “B-04“ stansiyalarınıntikintisi;• yaşıl (dairəvi) xətt üzrə “Dərnəgül“ elektrik deposunun, “Y-03“, “Y-02“ “Y-14“ və“Y-15“ stansiyalarının tikintisi.

Dairəvi metro şəbəkəsinin tamamlanması istiqamətində ilk addımların atılması:• Qazma avadanlıqlarının paralel istifadəsi ilə bütün tunellərin mümkün dərəcədəsəmərəli (müstəqil, eyni zamanda) qaydada genişləndirilməsi;

• birinci yarım həlqəvi şəbəkənin qurulması istiqamətində zəruri addımların atılması(2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur);• relsli nəqliyyat imkanlarının əhatə dairəsinin tədricən bütün ərazilərdə təmin olunması;• relsli nəqliyyat növləri üçün tranzit ictimai nəqliyyat bağlantılarının genişləndirilməsiistiqamətində zəruri addımların atılması (2030-cu ildən sonrakı dövrdə);• metro nəqliyyatı ilə əlaqələndirilmiş nəqliyyat qovşaqlarının/nəqliyyat mübadiləmərkəzlərinin təşkili üçün zəruri ilkin imkanların və şəraitin yaradılması (2030-cu ilə qədərtamamlanması nəzərdə tutulur);• relsli nəqliyyat sistemləri üzrə sərnişindaşıma həcmlərinin əhəmiyyətli dərəcədəartırılması üçün ilkin şəraitin yaradılması (2030-cu ildən sonrakı dövrdə);• 28 May ərazisində təkmilləşdirmələrin aparılması üçün zəruri ilkin imkanların və şəraitinyaradılması (2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur);• şəhər inkişaf ərazilərində (məsələn, keçmiş sənaye əraziləri) tranzit təyinatlı inkişafıntəmin edilməsi.

Şəbəkədə “ən kritik nöqtə”nin yaranmaması üçün ilkin şəraitin yaradılması (2030-cu ilə qədər tamamlanması nəzərdə tutulur). Şəbəkədə ilkin optimallaşdırmanın təmin edilməsi üçün şəraitin (şəbəkənin tamamlanması) yaradılması (2031-ci ilə qədər tamamlanması nəzərdə tutulur).

Dəstəkləyici infrastrukturun yaradılması:• sistemin fəaliyyəti üçün zəruri əməliyyat tələblərinin qarşılanması (texniki xidmət, enerjitəchizatı və s.).

Gələcək inkişaf – 2040-cı il

Şəbəkədə “ən kritik nöqtə”nin yaranmasının qarşısının alınması:• Mərkəzi relsli tranzit nəqliyyat qovşağının tam işləkliyinin təmin edilməsi (2030-cu ildənsonrakı dövrdə);• iki əsas xəttin imkanlarından optimal dərəcədə istifadənin təmin edilməsi üçün şəraitinyaradılması - Qırmızı və Yaşıl xətlərin ayrılması (2030-cu ildən sonrakı dövrdə);• sərnişin axınının asanlaşdırılması və təhlükəsizliyin artırılması (2030-cu ildən sonrakıdövrdə).Əsas şəbəkənin optimallaşdırması (şəbəkənin genişləndirilməsi):• qırmızı xəttin işləkliyinin/sərnişindaşıma imkanlarının artırılması (2030-cu ildən sonrakıdövrdə);• relsli nəqliyyatın şəhəri tam əhatə etməsinə nail olunması;• relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi.Dairəvi metro şəbəkəsinin tamamlanması (yaşıl xətt):• əks istiqamətlərdə eyni vaxtlı hərəkətə imkan verən dairəvi metro şəbəkəsininyaradılması;• relsli nəqliyyatın şəhərin şərq hissəsini tam əhatə etməsinə nail olunması;• relsli tranzit əlaqələndirməsinin gücləndirilməsi;• metro əlaqəsinə əsaslanan yeni tranzit qovşaqlarının yaradılması;• relsli nəqliyyat sisteminin sərnişindaşıma qabiliyyətinin təqribən iki dəfə artırılması.

Mövcud xətlərin uzadılması (bənövşəyi xətt):

• yeni inkişaf edən ərazilərin metro əlaqəsinin yaradılması;• “Ağ şəhər” və “Port Baku” ərazisinin xidmətə çıxışının təmin edilməsi;• şəbəkənin inkişaf etdirilməsi;• perspektivdə Xırdalan şəhərinə metro xəttinin çəkilməsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:491
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Fevral 2026 05:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri