Bakıda yeni mikrorayon salına bilər ADI BELƏ OLACAQ
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bakıda yeni mikrorayonun yaradılması nəzərdə tutulur.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yeni mikrorayon Cəfər Xəndan küçəsi ərazisində yaradıla bilər.
Qeyd edək ki, Cəfər Xəndan küçəsi paytaxtın 7-ci və 8-ci mikrorayonları istiqamətində yerləşir. Ərazidə yaşayış kompleksi və digər yaşayış binaları mövcuddur. Kompleksin yaxınlığında Dərnəgül metro stansiyası və müxtəlif sosial obyektlər yerləşir.
Yeni mikrorayonun yaradılması ilə bağlı məlumat paytaxtın bu hissəsində yaşayış ərazilərinin gələcək inkişafı məsələsini gündəmə gətirir.
Ərazidə yeni yaşayış massivinin formalaşdırılması şəhərsalma, nəqliyyat, yol infrastrukturu və sosial xidmətlərin təşkili baxımından əhəmiyyət daşıyır.
Yeni mikrorayonun dəqiq sərhədləri, əhatə edəcəyi küçələr, tikiləcək binaların sayı və layihənin icra müddəti barədə ətraflı məlumat açıqlanmayıb.
Ərazidə salınacaq yeni yaşayış massivinin 10-cu mikrorayon adlandırılacağı bildirilir.
Mahir Axund
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















