Icma.az
close
up
RU
Bakıda yeni quraşdırılan işıqforlardakı kameraların səbəbi bilindi

Bakıda yeni quraşdırılan işıqforlardakı kameraların səbəbi bilindi

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bakının bir sıra küçə və prospektlərində quraşdırılan yeni tip işıqforlar sürücülər arasında suallar yaradıb. İşıqforların üzərində yerləşdirilən kamera və sensorlara bənzər qurğuların təyinatı ilə bağlı onların radar olub-olmaması müzakirə mövzularından birinə çevrilib.

Ölkə.Az məsələ ilə əlaqədar rəsmi cavab tapmağa çalışsa da, bu, nəticə verməyib.

Lakin kiçik araşdırmamız zamanı məlum oldu ki, sözügedən cihaz beynəlxalq praktikada işıqfora inteqrasiya olunan nəqliyyat sensoru, müşahidə kamerası kimi tanınır.

Onlar adətən, sürəti ölçmür və radar prinsipi ilə işləmir. Əsas funksiyası işıqfor qarşısında neçə avtomobilin dayandığını müəyyən etmək, hansı zolaqda sıxlıq olduğunu ölçmək, həmin məlumat əsasında işıqforun fazalarını (işıqların müddətini) tənzimləməkdir. Yəni sistem avtomobili “görür”, amma cərimə yazmaq üçün yox, axını analiz etmək üçün.

Beynəlxalq təcrübədə (ABŞ, Almaniya, Türkiyə və s.) bu cür kameralar “vehicle detection camera” və ya “traffic monitoring sensor” adlanır. “Ağıllı işıqfor” sisteminin bir hissəsidir.

Qeyd etmək yerinə düşər ki, bəzi müşahidə kameraları vasitəsilə bir çox sürücülərin cərimələndiyi də məlumdur.

Miri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri