Icma.az
close
up
RU
Bakıda yeniyetmə qızı fahişəliyə cəlb dən Gürcüstan vətəndaşı HƏBS EDİLDİ

Bakıda yeniyetmə qızı fahişəliyə cəlb dən Gürcüstan vətəndaşı HƏBS EDİLDİ

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2000-ci il təvəllüdlü Gürcüstan vətəndaşı barəsində hökm çıxarıb. Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171.2.4-cü (tamah niyyəti ilə yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə) və 243.1-ci (tamah niyyəti ilə qadını fahişəliyə cəlb etmə) maddələri ilə təqsirli bilinib.

BAKU.WS-in məlumatına görə, hadisə 2023-cü ilin dekabr ayının sonundan 2024-cü ilin fevral ayının əvvəllərinə qədər olan dövrdə baş verib.

Təqsirləndirilən şəxs Abşeron rayonunun Xırdalan şəhərində yaşadığı evdə yetkinlik yaşına çatmayan (2008-ci il təvəllüdlü) zərərçəkmiş şəxslə və digər qadınla tanış olub. O, onları kişi müştərilərlə pul müqabilində (200-250 manat) cinsi əlaqəyə cəlb edib və özü üçün 150-200 manat gəlir əldə edib.

Yetkinlik yaşına çatmayan zərərçəkmiş təxminən 4-5 dəfə, digər zərərçəkmiş isə 9-10 dəfə Bakı şəhərindəki müxtəlif otellərdə müştərilərlə görüşdürülüb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ibtidai istintaqda günahını etiraf etsə də, məhkəmədə özünü təqsirli bilməyib. O, zərərçəkmişlərin "TikTok" sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, onların könüllü olaraq fahişəliklə məşğul olduğunu iddia edib.

Lakin məhkəmə bu iddianı qəbul etməyib, çünki sübutlar (zərərçəkmişlərin ifadələri, şahidlər) təqsirləndirilən şəxsin tamah niyyəti ilə fahişəliyi təşkil etdiyini təsdiqləyib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsi ilə 4 il azadlıqdan məhrum etmə (2 il təlim-tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etməklə) və 243.1-ci maddəsi ilə 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Qismən toplama yolu ilə qəti cəza 5 il azadlıqdan məhrum etmə (2 il təlim-tərbiyə hüququndan məhrum etməklə) müəyyən olunub. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək. Təqsirləndirilən şəxs əcnəbi olduğundan, cəzanı çəkdikdən sonra Azərbaycan hüdudlarından məcburi çıxarılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 08 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri