Icma.az
close
up
RU
Bakıda yerli animasiya layihələri üçün yeni imkan

Bakıda yerli animasiya layihələri üçün yeni imkan

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Birinci ANİMAFİLM Pitçinq Müsabiqəsi elan olunub

Bakı, 14 iyul, AZƏRTAC

8-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində ilk dəfə dəfə sentyabrın 3-dən 7-dək ANİMAFİLM Pitçinq Müsabiqəsi təşkil olunacaq.

Bu barədə AZƏRTAC-a “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqənin məqsədi yerli animasiya yaradıcılarını dəstəkləmək, onların ideyalarının inkişafına və beynəlxalq təqdimat imkanlarına şərait yaratmaqdır.

Müsabiqəni “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi həyata keçirir. Layihənin tərəfdaşları arasında CEE Animation, ANİMAFİLM Studiyası və Dynamic Box Studiyası yer alır. Bu əməkdaşlıq vasitəsilə təşkilatçılar yerli animatorlara daha geniş auditoriyaya çıxmaq imkanı təqdim etməyə çalışırlar.

Müsabiqədə iştirak etmək üçün təqdim olunan layihə mütləq şəkildə Azərbaycan mənşəli və ya Azərbaycanla ortaq istehsal (ko-prodakşn) olmalıdır. Layihənin ən azı 50 faizi animasiyadan ibarət olmalı, format baxımından isə qısametrajlı film, tammetrajlı film və ya serial kimi planlaşdırılmalıdır. Maraqlısı budur ki, nə animasiya texnikası, nə də mövzu üzrə hər hansı məhdudiyyət qoyulmur. Əsas şərt layihə materiallarının Azərbaycan dilində təqdim olunmasıdır.

Müraciət etmək istəyən şəxslər öz layihələrini iyulun 25-dək onlayn formada https://forms.gle/TpbL3f6wZ3GmFXDG7 linki vasitəsilə göndərə bilərlər.

Seçilmiş layihələrin siyahısı avqustun 15-də açıqlanacaq. Qalib layihələr isə xüsusi Pitçinq Münsiflər Heyəti tərəfindən müəyyən ediləcək və nəticələr 8-ci ANİMAFİLM Festivalı zamanı elan olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri