Bakıda yol təsərrüfatına ziyan vurulub FOTOLAR
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün səhər saatlarında Bakının Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.
"Cebheinfo.az" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, sözügedən prospektlə hərəkətdə olan yük maşını avtomobil tunelinin kənarına çırpılıb. Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunaraq aidiyyəti qurum əməkdaşları ilə birlikdə yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb. Yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 05 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















