Bakıda yolun ortasına çatan piyada qorxudan özünü itirib baxın nə etdi VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Həsən Əliyevlə Səməd Vurğun küçələrinin kəsişməsində qayda pozan piyada qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, orta yaşlı qadın işıqforun qırmızı işığına əhəmiyyət vermədən keçiddən keçir. Belə ki, yolun ortasına çatan piyada yaxınlaşmaqda olan maşını görərək özünü itirir və geri qaçır. Bu zaman o, təhlükəni daha da artırır və son anda qəzadan xilas olur.
Təəssüf ki, bəzi piyadalar keçiddən istifadə edərkən onun işıqforla nizamlanan olub-olmamasına diqqət etmirlər. Nəticədə onlar videodakı piyada kimi qəza təhlükəsinə səbəb olurlar.
İstənilən halda piyada nəqliyyat vasitələrinin dayandığına əmin olduqdan sonra keçiddən keçməlidir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Mart 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















