Bakıdakı binaların istilik sistemləri sınaq yoxlanışından keçiriləcək
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azəristiliktəchizat" ASC Bakıda 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində istilik sistemlərinin sınaq yoxlanmasını həyata keçirəcək.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, sabah paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində 3, 4, 5, 6, 7, 8, 10, 11, 12a, 13, 15, 16, 18, 20, 22, 24, 26, 28, 30, 44, 46, 50, 52, 56 və 58 nömrəli binalar, General Şıxlınski küçəsində 13, 15, 19, 21, 23 (yataqxana), 25, 37, 39, 39a, 39b, 47,49, 51(yataqxana),57 və 59 nömrəli binalar, General Səməd bəy Mehmandarov küçəsində 20a, 20b, 22a, 22b, 26a, 26b, 28a, 28b, 42, 44, 46, 48, 50, 52, 54, 66, 68, 70, 72, 74, 76, 80, 82, 84, 90, 92, 94, 96, 98 və 100 nömrəli binalar, Nəsrəddin Tusi küçəsində 22, 24, 26 və 28 nömrəli binalar, Məhəmməd Hadi küçəsində 92 və 92a nömrəli binalar, eləcə də 48 saylı orta məktəb sınaq yoxlanışından keçiriləcək.
Bununla əlaqədar olaraq qeyd edilən ünvanlarda baş verə biləcək su axıntısının qarşısının əvvəlcədən alınması məqsədi ilə mənzildaxili istilik sistemlərinə nəzarət olunması tövsiyə edilir.
"Binaların zirzəmisində, binadaxili və ya mənzildaxili istilik sistemlərində su axıntısı müşahidə olunduğu halda bu barədə dərhal müəssisənin 956 nömrəli "Çağrı mərkəzi"nə, əraziyə xidmət göstərən yerli idarələrə (İstilik Sistemləri İstismarı Sahələri) və ya binaya xidmət göstərən MKİS-ə məlumat verməyinizi Sizdən xahiş edirik", - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















