Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kruz məlumat yayıb.
Bildirilib ki, əvvəlki müqaviləsinin müddəti bitdikdən sonra braziliyalı döyüşçü təşkilatla yalnız bir döyüşlük qısamüddətli anlaşma imzalayıb. Sözügedən həlledici qarşılaşma Bakıda baş tutan turnirdə reallaşıb və Pereyra rusiyalı Şara Bulletə (Şarabutdin Maqomedov) hakimlərin yekdil qərarı ilə uduzub.
Qeyd edək ki, 32 yaşlı idmançı UFC oktaqonunda çıxdığı döyüşlərdə ümumilikdə 10 dəfə qələbə sevinci yaşayıb, 6 dəfə isə məğlubiyyətlə barışmalı olub.
Xatırladaq ki, Şara Bulletlə gərgin keçən duelindən sonra Mişel Pereyra hakimlərdən kəskin şəkildə narazılığını bildirmişdi. Braziliyalı idmançı rəqibinin qayda pozuntularına - gözünə barmaq salmasına və saçından çəkməsinə baxmayaraq, hər hansı bir cəza almamasına sərt etiraz etmişdi.
Bu qarşılaşmada "Gecənin döyüşü" nominasiyasında qalib gəldiyi üçün rusiyalı idmançı Şara Bullet 100 min dollar məbləğində xüsusi mükafata layiq görülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 15 İyul 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















