Icma.az
close
up
RU
Bakıdakı Dünya kubokunun ulduz gimnastları

Bakıdakı Dünya kubokunun ulduz gimnastları

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda bədii gimnastika üzrə Dünya kubokunun startına bir neçə gün qalıb. Aprelin 18-dən bütün diqqətlər 39 ölkədən gələcək zərif gimnastların öz məharətlərini nümayiş etdirəcəkləri Milli Gimnastika Arenasına yönələcək. Paytaxtın qonaqları arasında həm yüksək səviyyəli ulduzlar, həm də öz qitələrində parlamağa başlayan və artıq beynəlxalq miqyasda tanınan idmançılar da olacaq.

İdman.biz Bakıdakı Dünya kubokunun maraqlı adlarını təqdim edir.

Daria Varfolomeev
Almaniya təmsilçisi Olimpiya çempionu, altıqat dünya çempionu və ikiqat Avropa çempionudur. O, ötən ilin nəticələrinə görə, ölkəsinin ən yaxşı idmançısı seçilib. İlk dünya çempionatı qızılını isə üç il əvvəl Sofiyada gürzlərlə yarışda birinci olaraq qazanıb. Növbəti il ​​Valensiyada keçirilən lisenziya xarakterli dünya çempionatında o, kolleksiyasına daha beş ən yüksək mükafat əlavə edib – çoxnövçülükdə və bütün fərdi yarışların finallarında. Komanda yarışında da gümüş medala sahib çıxıb. Varfolomeev Bakıda AVRO-2023-də lentlə hərəkətlərdə də qalib olub.
Ötən il Bakıda keçirilən Dünya kubokunda Darya dörd qızıl və bir bürünc medal qazanmışdı.

Sofiya Raffaeli
İtaliyalı gimnastın ən böyük nailiyyəti 2022-ci ildə Sofiyada keçirilən dünya çempionatında beş qızıl medal qazanması olub. O, çoxnövçülük yarışında, top, halqa və lentlə hərəkətlərdə qalib olub, həmçinin komanda hesabında birinci yeri tutub. Növbəti il Valensiyada keçirilən dünya çempionatında üç gümüş və bir bürüncdən ibarət mükafat dəstinə sahib çıxıb, Bakıda keçirilən Avropa çempionatında isə top və gürzlərlə hərəkətlərdə qalib gəlib, həmçinin çoxnövçülükdə gümüş qazanıb.
Parisdə keçirilən Olimpiadada da Sofiya bürünc medalla fəxri kürsüyə qalxıb.
Ötən il Bakıda keçirilən Dünya kubokunda Raffaeli bütün mükafatları toplayıb - o, gürzlərlə qızıl qazanıbı, halqa ilə ikinci, çoxnövçülükdə isə üçüncü olub.

Stiliana Nikolova
Boryana Kaleyn karyerasını başa vurduqdan sonra Nikolova Bolqarıstan komandasının lideri olub. O, üç il əvvəl dünya çempionatında debüt edib, o zaman Sofiyada çoxnövçülükdə bürünc, həmçinin halqa, gürz və lentlə gümüş medal qazanıb. Növbəti il ​​Qvadalaxarada keçirilən dünya çempionatında komanda yarışında qələbəni bayram edib.
Nikolova dörd dəfə Avropa çempionatının qalibi olub, o cümlədən 2023-cü ildə Bakıda uğur qazanıb. Azərbaycanın paytaxtını bolqarıstanlı gimnast üçün şanslı şəhər adlandırmaq olar, çünki ötən il 1-ci Avropa kubokunun da qalibi olub, mütləq çempionatın qızıl medalını qazanıb, həmçinin gürzlərlə hərəkətlərdə birinci yeri tutub.

Taisiya Onofriyçuk
Ukraynalı gimnastın adı dillər əzbəridir. O, ilk dəfə iki il əvvəl gənclərin dünya çempionatında gürzlərlə hərəkətlərdə gümüş medal qazanaraq beynəlxalq səhnədə adından söz etdirib. Növbəti il o, artıq böyüklər arasında yarışıb və Avropa çempionatının bürünc medalını qazanıb.
Onofriyçuk azərbaycanlı gimnastika həvəskarlarına da tanışdır – o, ötən il Milli Gimnastika Arenasında keçirilən Dünya kubokunda üç dəfə fəxri kürsüyə qalxıb. O, gürzlərlə gümüş, top və lentlə yarışlarda isə bürünc medal qazanıb.
Paris Olimpiadasında Taisiya doqquzuncu yeri tutub və yeni mövsümə isə Thiais və Marbella Qran Prilərində qələbələrlə başlayıb, həmçinin Sofiyada keçirilən Dünya kubokunda üç qızıl medal qazanıb.

Marina Malpika
Meksikalı öz qitəsində aparıcı gimnastlardan biridir və kifayət qədər böyük təcrübəyə malikdir. 2017-ci ildən başlayaraq onun hesabında Panamerika çempionatında səkkiz medal var. O 2 qızıl, 3 gümüş və 4 bürünc qaqzanıb.
Marina həmçinin Mərkəzi Amerika və Karib hövzəsi Oyunlarında da bir neçə dəfə fərqlənib. 2023-cü il San Salvadorda keçirilən yarışlarda o, beş qızıl və bir gümüş medal qazanıb.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Aprel 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri