Bakıdakı Dünya lubokunun iştirakçıları podium məşqlərinə başlayıblar
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Akrobatika üzrə Dünya kubokunda iştirak edəcək komandalar Bakıya gəlirlər.
İdman.biz xəbər verir ki, sabah start götürəcək yarış ərəfəsində bu gün idmançılar Milli Gimnastika Arenasında podium məşqləri edirlər.
Seriyanın üçüncü mərhələsi olan Dünya kubokunda yeddi ölkədən 63 idmançı mübarizə aparacaq.
Azərbaycan komandasının heyətində Raziyə Seyidli - Ağasif Rəhimov, Milana Əliyeva - Sabir Ağayev qarışıq cütləri, Murad Rəfiyev - Daniel Abbasov kişilər dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu yer alıb.
İyunun 13-15-də keçiriləcək Dünya kubokunda Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan olan akrobatlar da iştirak edəcəklər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















