Bakıdakı elektrik avtobuslarında gedişhaqqı artırılır?
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələri elektrik mühərrikli avtobuslarla əvəzlənəcək. Nəzərə alsaq ki, hazırda avtobusların gedişhaqqı tarifləri istifadə olunan yanacağın qiymətinə əsasən tənzimlənir.
Bəs elektrik mühərrikli avtobuslarda qiymətlər nəyə əsasən tənzimlənəcək?
Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, ictimai nəqliyyatda gediş haqqı Tarif Şurasının qərarı ilə tənzimlənir:
“Nəzərdə tutulan avtobusların alışı isə çox baha məbləğə başa gəlir. Onların istismar xərcləri də heç də az deyil. Bu avtobusların texniki qulluğu, idarəsi benzinlə idarə olunanlardan daha çox vəsait tələb edir”.
Ekspert qeyd edib ki, nəzərdə tutulan yenilik gediş haqqı tariflərinə təsir etməyəcək.
Baxış sayı:54
Bu xəbər 10 Dekabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















