Icma.az
close
up
RU
Bakıdakı kimi kabus yaşamırsan: İordaniyanı xatırladan tarixi məkanımız

Bakıdakı kimi kabus yaşamırsan: İordaniyanı xatırladan tarixi məkanımız

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təyyarə ilə ilk dəfə səfər edirdim - heç zaman olmadığım Naxçıvana. Haqqında uzaqdan-uzağa çox eşitmişdim, amma əyani şəkildə görməmişdim. 

Hava qaralmamış şəhərə çatmışdıq. Qalacağımız ünvana yön aldıqda isə şəhərin işıqları yanmağa başlayırdı. Yolumuz asfalt, ətrafda isə insanlar az gözə dəyirdi. Şəhərdə nə tıxac var, nə də sıxlıq, “yuxu vaxtı” isə bir qədər erkəndir – 21:00-dan sonra sakitliyin daha çox hökm sürdüyünü hiss edirsən. Binalarına gəldikdə isə Bakıdakı kimi harada gəldi tikilmiş göydələnlər yoxdur. Parkinq isə paytaxtdakı kimi "kabus" yaşatmır. Yer çoxdur, ödəniş etməyə isə ehtiyac qalmır.

Ertəsi gün ilk turistik marşrutumuz Şahbuz rayonunun Ağbulaq kəndi oldu. Dağlıq ərazi olsa da, asfalt örtüyündə kələ-kötür görmədik, dövlət idarələri, məktəb və s. mərkəzi xatırladacaq üslubda tikilib. Kəndin adı ilə eyni olan istirahət yeri “Şahdağ”a oxşayır, amma Qusardakı kimi böyük ərazini əhatə etmirdi. Kanatı var idi, lakin marşrutunu müqayisə etsək, həm qısa, həm də xüsusi özəlliyi gözə dəymirdi. Özəllik deyəndə foto çəkdirməkdən tutmuş iaşə obyektinə qədər olan elementləri nəzərdə tuturam. Məsələn, “Şahdağ”ın bir guşəsinə oxşayırdı.

Batabat gölünə gəldik. Mənzərəsi gözəl olsa da, ətrafında cəmi bir dənə kiçik turistik məkanı vardı. Könül istər ki, oraya gedən turistlərin sayını artırmağı təşviq edən nələrsə olsun. Qonaqlar sadəcə göz oxşayan mənzərəni görüb getməklə işini bitmiş hesab etməsin. Şəkidə Batabata oxşar kiçik Ördək gölü var. Ətrafın öz həcminə uyğun kəndsayağı xidmət göstərəcək iaşə obyekti yerləşir, həmçinin yaşıllığı da imkan verir ki, orada piknik edəsən.

Naxçıvanın gəzməli-görməli tarixi yerlərində olduq -  “Xan Sarayı”, Möminə Xatın, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Əshabi-Kəhf ziyarətgahı və üslubuna görə Tac-Mahalı xatırladan böyük Heydər məscidi.

Yerli əhali üçün Əshabi-Kəhf əsasən ziyarətgah olsa da, turistik məkan kimi də önəmli görkəmi var. Eyni zamanda hər tərəfində inancları özündə ehtiva edən elementləri də məkana xüsusi rəng qatır. Görməyə dəyər. İlk reaksiyamız belə oldu: İordaniyaya oxşayır – olmasaq da, ən azı filmlərdən görmüşük, onu yada saldı.

Duzdağı da ziyarət etdik. İçəri daxil olan kimi spesifik qoxusu ilə bir qədər narahat etsə də, sonradan sağlamlığımıza xoş təsir bağışladığını hiss etdik. Elə buranın özəlliyi ondadır ki, insanlar burada müəyyən müddət qalmaqla şəfa tapırlar. Duzdağda qalarkən ətrafla əlaqən kəsilir – nə internet var, nə də televiziya. Bəlkə də, Bakıda da özümüzü texnologiyadan uzaq saxlasaq, şəfa tapa bilərik, amma təbii ki, paytaxtın havası oranın yerini verə bilməz. Qiymətlərə gəldikdə isə uşaqdan böyüyə dəyişir – 12-30 manat. 

Naxçıvan turistik baxımından olduqca əhəmiyyətli yerdir. Xidmət səviyyəsinin indikindən bir qədər də yüksəldilməsi və dinamikliyin artırılması həm Bakıdan, həm də xarici ölkələrdən qonaqların buraya üz tutmasına ciddi təkan verər.

Samir Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Oktyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri