Icma.az
close
up
RU
Bakıdakı plazada partlayışın səbəbi: yol çəkilişində məsuliyyətsizlik, yoxsa...

Bakıdakı plazada partlayışın səbəbi: yol çəkilişində məsuliyyətsizlik, yoxsa...

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümünə səbəb olan yanğınla bağlı müzakirələr davam etdiyi bir vaxtda noyabrın 24-də səhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsindəki obyektlərdən birincə partlayış xəbəri ilə açdıq.

Bizimyol.info xəbər verir ki, səhər saat 9 radələrində “AFEN Plaza” biznes mərkəzində baş vermiş partlayış nəticəsində 5 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onları dağıntılar altından çıxardıqdan sonra yaralılar Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb.

Yaralılardan bir nəfərə termiki yanıq diaqnozu qoyulub. Digər dörd nəfərə isə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

“AFEN Plaza”nın əməkdaşı Murad Kərimli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, noyabrın 24-də səhər saat 09.00 radələrində ikinci mərtəbədə olarkən qəfildən partlayış səsi eşidiblər. Ardınca tüstü qalxıb və otaqları bürüyüb. Dərhal binanı tərk etmək qərarı verilib. Aşağı düşəndə birinci mərtəbədə vəziyyətin bərbad olduğunu, oradakı əməkdaşların isə ciddi xəsarət aldıqlarını görüblər: “Aşağı bərbad vəziyyətdə idi...”

Həmin vaxt liftdə qalan əməkdaşlar da olub. Onları da xilas ediblər.

“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev hadisəyə qaz sızmasının səbəb olduğunu deyir və bunu obyektin qarşısındakı yol çəkilişi zamanı məsuliyyətsizliklə əlaqələndirir. Obyekt sahibi plazanın qarşısında yeni salınan yolda qaz xəttində zədələnmə olduğunu, bunun da nəticəsində binaya yeraltı qaz sızdığını bildirib. Onun sözlərinə görə, “AFEN Plaza”da qaz olmayıb. Yol-təmir işləri zamanı traktorlar ərazidəki qaz xəttini zədələyib.

“Səhər detektorlarla yoxladılar. İndi sizə müsahibə verərkən dayandığımız bu torpaqların altı da bütün qaz sızmasıdır. Bunun üstündə dayanmaq belə, təhlükəlidir. Qaz sızması obyektin altına gedib çıxıb. Bizim plazada qaz olmayıb. Binada qaz çardaqdadır, o da arxa tərəfdə. Havalar hələlik xoş keçdiyinə görə o da qoşulmayıb”, - Əbülfət Əliyev jurnalistlərə, o cümlədən Bizimyol.info xəbər portalının əməkdaşına açıqlamasında bildirib.

Hadisənin necə baş verməsinə gəlincə, Əbülfət Əliyev bildirib ki, obyektin altına sızan qaz zirzəmiyə toplanıb. Noyabrın 24-də səhər saat 09.00 radələrində işə gələn əməkdaşlardan biri işığı yandıranda partlayış baş verib.

Partlayışa yeraltı qaz sızmasının səbəb olması barədə iddiaları araşdırmaq üçün “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları da hadisə yerinə cəlb olunub.

“Azəriqaz” istintaq araşdırmaları yekunlaşmadan hadisəyə qaz sızmasının səbəb olması barədə fikirlərin səsləndirilməsindən narazıdır. Qurumun yaydığı açıqlamada vurğulanır ki, bu cür iddialar istintaqın gedişinə maneədir.

Açıqlamada qeyd olunur ki, “Azəriqaz” əməkdaşları hadisə yerində boru xətlərinin təftişi ilə məşğuldur.

“Bu cür iddiaların səsləndirilməsi tezdir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanacaq məlumat olacaq”, - “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:23
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Noyabr 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see301

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see209

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see199

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see197

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see156

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see154

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see148

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see138

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see137

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see135

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see134

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see133

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see133

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see132

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see132

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see132

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see131

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see124

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see121

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri