Bakıdakı qəzada ölən tanınmış müğənni imiş Fotolar Yenilənib
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ötən gün Dövlət Bayrağı Meydanı yaxınlığında yolu keçərkən “Hyundai Elantra”nın vurduğu qadının tanınmış müğənni Vlada Axundova olduğu müəyyənləşib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən 37 yaşlı Vlada bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak edibmiş.
Qeyd edək ki, faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
***
Araşdırmalarla müəyyən edilib ki, Səbaildəki hadisə saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) baş verib. Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub. Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Aslan Vəliyev




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 31 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















