Icma.az
close
up
RU
“Bakıdakı sıxlığın səbəbi regionların inkişaf etməməsidir” Elməddin Muradlı VİDEO

“Bakıdakı sıxlığın səbəbi regionların inkişaf etməməsidir” Elməddin Muradlı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq uzun müddətdir ki, şəhərsalma və memarlıq üzrə mütəxəssislər, eləcə də nəqliyyat ekspertləri paytaxtı nəqliyyat yükünün yüngülləşdirilməsi istiqamətində açıqlamalar səsləndirir. Bununla əlaqədar hətta bir çox mütəxəssislər öz təkliflərini dövlət qurumlarına da çatdırıblar.

Avtosfer.az xəbər verir ki, edilən təkliflərə baxmayaraq, bu gün Bakının nəqliyyat infrastrukturundakı gözəçarpan qüsurlar özünü göstərməkdədir. Hətta qurumlar tərəfindən hər gün Bakıdakı tıxacla bağlı eyni küçələrin adının çəkildiyini də müşahidə etmək olar.

Avtosfer.az-ın sosial şəbəkə hesabında canlı yayımda bu mövzulara toxunan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, paytaxtdakı sıxlığın səbəbi regionların inkişaf etməməsidir:

“Regionlardakı işsizlik və müxtəlif sosial problemlər ucbatından insanlar şəhərlərə üz tuturlar. Dünya təcrübəsində görürük ki, bir ölkənin bir neçə mərkəzi olur. Üstəlik həmin mərkəzlərin özünün də bir neçə mərkəzi olur. Deyək ki, Azərbaycanın mərkəzi Bakı şəhəridir. Bəs Bakı şəhərinin mərkəzi? Bakının mərkəzi deyildikdə “Tarqovı” və onun ətrafındakı zona nəzərdə tutulur. Orada da hər gün həyat donur. Niyə? Çünki şəhərə gedək deyəndə, hamının ağlına bircə “Tarqovı” gəlir. Ona görə də bu gün dünyada bir neçə mərkəzli şəhərlər ideologiyası yayılıb. Bu gün niyə Sabunçudan vətəndaş qalxıb gəlməlidir şəhərin mərkəzinə ki, nədi ha nədi bir fincan çay, kofe içəcək. Bu, Sabunçuda da, Xırdalanda da, Abşeronda da olsun.  İndi yavaş-yavaş yaranır. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda da açıq şəkildə yazılıb: birmərkəzli şəhərdən bir neçə mərkəzli şəhər sisteminə keçirik. Ona görə də “Ağ Şəhər” bu gün inkişaf edir. Görürsüz, o ərazidən insanlar heç şəhərin mərkəzinə gəlmirlər. Artıq Abşeronda, Xırdalanda görürük ki, müəyyən parklar qurulur. Orada da gecənin bir yarısında eşidirsən ki, ağacları qırdılar, səhər görürsən ki, bir obyekt tikiblər. Belə harınlamış məmurlar hələ də var, parkları satırlar, ağacları kəsirlər və s.”

Elməddin Muradlının həmin videosunu sizə təqdim edirik:

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri