Icma.az
close
up
RU
Bakıdakı tunellər niyə yuyulmur? RƏSMİ AÇIQLAMA

Bakıdakı tunellər niyə yuyulmur? RƏSMİ AÇIQLAMA

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Moskva prospekti-20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Şamaxinka tuneli”nin divarlarında aparılan kimyəvi təmizləmə işlərinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Kadrlarda tunelin illər ərzində toplanan kir və toz qatından rəngini itirdiyi, xüsusi yuma prosesi tətbiq edildikdən sonra isə divarların ilkin görünüşünə qayıtdığı əks olunub.

Modern.az məsələ ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, tunellərin, körpülərin və keçidlərin yuyulması prosesi hər il yaz-yay aylarında planlı şəkildə həyata keçirilir.

“Payız və qış aylarında bu işlərin görülməsi məqsədəuyğun deyil, çünki yağışlı hava şəraitində divarlar ertəsi gün yenidən palçıq və tozla örtülür. Nəqliyyat vasitələrinin intensiv hərəkəti zamanı təkərlərin arxasınca qalxan palçıq və toz dənəcikləri divarlara hopur”.

Agentlik tərəfindən yayılan görüntülərlə bağlı məsələyə isə aydınlıq gətirilərək qeyd edilib ki, həmin şəxs istifadə etdiyi yuyucu vasitənin reklamını aparır. Bildirilib ki, həmin şəxs divar və kafel səthlərini, eləcə də avtonəqliyyat vasitələrinin disklərini təmizləmək üçün bu maddədən istifadə edir:

“Bu, sadəcə yuyucu vasitənin reklamıdır. Burada qeyri-adi heç nə yoxdur. Hər il yay aylarında bu yuyulma işləri həyata keçirilir. Bakı tozlu şəhərdir və payız yağışlarından sonra divarların üzərində tozun hopması prosesi daha da sürətlənir. Nəticədə yayılan görüntülərdəki kimi mənzərə formalaşır”, - AAYDA məlumatında deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri