Icma.az
close
up
RU
Menu

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Bakıdakı Ümumdünya Şəhərsalma Forumu gənclər üçün mühüm təcrübə platforması oldu

Bakıdakı Ümumdünya Şəhərsalma Forumu gənclər üçün mühüm təcrübə platforması oldu

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 may, AZƏRTAC

Müasir dövrdə şəhər həyat tərzinin üstünlük təşkil etdiyi dünya ölkələrində yeni şəhərlərin salınması və mövcud şəhərlərin genişlənməsi prosesləri sürətlə davam etməkdədir. Əhalinin böyük hissəsi artıq şəhərlərdə yaşayır ki, bu da onların idarə olunması, sosial bərabərlik, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf məsələlərini ciddi şəkildə aktuallaşdırır. Bu il Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin inkişafı ilə bağlı dünya ictimaiyyətini qayğılandıran məsələləri gündəmə gətirən ciddi beynəlxalq tədbir olmaqla yanaşı, bu tədbirə ev sahibliyi edən Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal şəhərsalma dialoqundakı rolunun daha bir göstəricisinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov deyib. O bildirib ki, WUF13 çərçivəsində diqqətçəkən əsas məqamlardan biri gələcəyin şəhərlərini inşa edəcək, onları müasir dövrün tələblərinə uyğun inkişaf etdirəcək gənclərin fəal iştirakı oldu: “Gənclər başa düşdülər ki, şəhərlərin gələcəyi iqtisadi inkişaf, urbanizasiya, ekologiya və iqlim dəyişikliyi fonunda yeni yanaşmalar tələb edir. Bu isə ağıllı texnologiyalar, rəqəmsal idarəetmə, yaşıl enerjidən istifadə və ekoloji tarazlığın qorunması ilə mümkündür. Bəşəriyyəti düşündürən mühüm problemlərə həsr olunmuş bu mötəbər beynəlxalq tədbirdə iştirak edən gənclər sırasına ölkəmizin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun tələbələri də qoşuldular. BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda keçirilmiş beynəlxalq konfrans universitet təmsilçilərinin daha dolğun və məzmunlu şəkildə məlumatlandırılmasına yardımçı oldu. Forumla əlaqədar BDU-da 50-dən çox seminar və təlimlər, panel müzakirələri və görüşlər təşkil olunmuş, müəllim və tələbələrlə müvafiq mövzuda mütəmadi olaraq söhbətlər aparılıb”.

Ramin Səmədov qeyd edib ki, tədbirlə bağlı ən yaddaqalan hadisələrdən biri də universitet könüllülərinin 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirməklə 3,5 hektar ərazini əhatə edən “Urban EXPO” sərgisində iştirakı oldu: “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunan sərgidə şəhərsalma və dayanıqlı inkişaf sahəsində qabaqcıl təcrübələr nümayiş etdirildi. Universitetin ekspozisiyasında isə şəhər mühitinin dayanıqlı inkişafı, iqlim dəyişikliklərinə uyğunlaşma, ekoloji tarazlığın qorunması və innovativ texnologiyaların tətbiqi ilə bağlı layihələr təqdim olundu. Burada həmçinin inklüziv urban inkişaf modelləri və torpaq kadastrı sistemi üzrə elmi-tədqiqat təşəbbüsləri də nümayiş etdirildi. Təqdim edilən materiallarda müasir şəhərlərin qarşılaşdığı əsas çağırışlara elmi yanaşmalar, “ağıllı şəhər” konsepsiyaları, rəqəmsal transformasiya imkanları, həmçinin şəhər infrastrukturunun daha dayanıqlı və insan mərkəzli inkişafına yönəlmiş multidissiplinar tədqiqat nəticələri xüsusi yer tuturdu. BDU-nun müxtəlif fakültə və elmi mərkəzlərində aparılan tədqiqatların praktiki tətbiq imkanları, beynəlxalq layihələr və tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də ziyarətçilərin diqqətinə çatdırıldı. WUF13 Azərbaycanın gəncləri üçün mühüm təcrübə məkanı oldu. Forumda iştirak edən tələbələr, könüllülər və gənc tədqiqatçılar beynəlxalq mütəxəssislərlə ünsiyyət qurmaq, yeni biliklər əldə etmək və dünya təcrübəsini öyrənmək imkanı qazandılar. Xüsusilə könüllülərin fəaliyyəti tədbirin təşkilati uğurunda mühüm rol oynadı. Müxtəlif dillərdə ünsiyyət quran, xarici qonaqlara dəstək göstərən və tədbirin koordinasiyasında iştirak edən Azərbaycan gəncləri, o cümlədən forumda fəaliyyət göstərən 348 nəfər universitet könüllüsü ölkəmizin müasir və dinamik gəncliyini layiqincə nümayiş etdirdilər. Paytaxtımızın ev sahibliyi etdiyi WUF13 yalnız şəhərlərin gələcəyi və gələcəyin şəhərləri haqqında müasir dövrün tələbləri ilə səsləşən fikir və ideyaların, təşəbbüs və çağırışların geniş müzakirə olunduğu nüfuzlu beynəlxalq tədbir deyil, həm də bu gün elmi biliklərə yiyələnib sabah şəhərləri yaşadacaq gənclər üçün faydalı təcrübə platforması oldu. Azərbaycan gənclərinin bu tədbirdə fəal iştirakı ölkəmizin intellektual potensialının və dövlətimizin gənclər siyasətinin uğurlu nəticələrinin göstəricisidir. Bu həm də gənc nəslin gələcəyin dayanıqlı, təhlükəsiz və innovativ şəhərlərinin qurulmasına layiqli töhfələr verəcəyinə inam yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see286

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see282

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see265

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see261

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see238

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see229

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see225

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see216

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see215

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see214

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see211

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see209

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see207

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see199

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see196

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see191

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see177

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see173

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri