Icma.az
close
up
RU
Bakıdan Ankaranı sevindirən addımın pərdəarxası Risk, qazanc və nüfuz oyunu...

Bakıdan Ankaranı sevindirən addımın pərdəarxası Risk, qazanc və nüfuz oyunu...

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə əlavə 7 milyard dollarlıq yeni investisiya yatıracaq. Bu qərarla şirkətin Türkiyəyə ümumi sərmayəsi 25 milyard dollara yaxınlaşacaq. Belə ki, indiyədək SOCAR qardaş ölkəyə 18 milyard dollar həcmində investisiya yatırıb və enerji sektorunda əsas oyunçulardan birinə çevrilib.

SOCAR-ın Türkiyəyə yatırdığı bu miqyaslı investisiyalar Azərbaycanın öz iqtisadiyyatına hansı qısamüddətli və uzunmüddətli təsirləri göstərə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, SOCAR-ın Türkiyəyə yatırımı müsbət addımdır:

“Azərbaycanın neft və qaz gəlirləri yalnız ölkə daxilində istifadə olunmur, eyni zamanda xaricdə aktivlərin artırılmasına yönəldilir. Bu, iqtisadi risklərin diversifikasiyası və mümkün böhranlardan minimum zərərlə çıxmaq baxımından əhəmiyyətlidir. Türkiyə yüksək inflyasiya səviyyəsi olan ölkələrdən biridir, lakin bu investisiya həm də Azərbaycanın ÜDM-də xarici aktiv kimi əks olunur. Gələcəkdə dividentlərin artması və valyuta ehtiyatlarının güclənməsi də gözlənilir”.

Günay Hüseynova

Həmçinin oxuyun:

Zəngəzur dəhlizi Rusiyanın əlindən niyə çıxdı? – Vaşinqton razılaşmalarının şok detalı

İqtisadçı qeyd edib ki, yatırılan sərmayə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan önəmlidir:

“Bu addım Azərbaycanın regional və beynəlxalq nüfuzunu artırır, Avropa bazarına çıxış imkanlarını genişləndirir və ölkənin beynəlxalq arenada mövqeyini möhkəmləndirir.

Qısamüddətli dövrdə kapitalda azalma müşahidə olunsa da, uzunmüddətli perspektivdə bu, ölkə üçün mühüm iqtisadi fayda gətirəcək”.

G.Hüseynova əlavə edib ki, geosiyasi proseslər fonunda hər bir ölkə öz iqtisadiyyatını “sığortalamağa” çalışır:

“Xüsusilə də neftdən asılı ölkələr üçün qeyri-neft sektorunun inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi və xarici investisiya axını vacibdir. Milli valyutanın sabitliyini qorumaq üçün isə etibarlı xarici aktivlərə ehtiyac var.

Bununla yanaşı, bir müddət əvvəl Bəhreyn liderinin ABŞ iqtisadiyyatına investisiya yatırması da bu cür strateji qərarların iqtisadi səmərəsini göstərən nümunədir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see130

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see129

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri