Icma.az
close
up
RU
Bakıdan başladı, bütün ölkədə olacaq Artıq gizlənmək mümkün deyil

Bakıdan başladı, bütün ölkədə olacaq Artıq gizlənmək mümkün deyil

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Son illər yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə texnologiyaların rolu sürətlə genişlənir. Xüsusilə Rusiya kimi ölkələrdə yol kameralarına inteqrasiya olunan süni intellekt modelləri artıq sürücülərin davranışlarını real vaxtda analiz edə bilir. Bu sistemlər sükan arxasında mobil telefondan istifadə, təhlükəsizlik kəmərinin taxılmaması kimi qayda pozuntularını yüksək dəqiqliklə aşkarlayaraq avtomatik cərimələmə mexanizmini işə salır. Belə innovativ yanaşma həm qayda pozuntularının azalmasına, həm də yol qəzalarının qarşısının alınmasına xidmət edir.

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlama verib.

O deyib ki, bu proses artıq bizim ölkəmizdə də gedir:

“Ağıllı radarlar və ağıllı svetoforların quraşdırılması hazırda həyata keçirilir. Bu proses Bakı şəhərindən başlayıb, lakin getdikcə bütün bölgələri əhatə edəcək. Eyni zamanda ölkənin müxtəlif yollarında artıq təhlükəsizlik kəmərinin taxılmamasını qeydə alan xüsusi kameralar da quraşdırılıb. Bu mövcuddur və sürücülər bunu bilməlidirlər. Belə müasir texniki vasitələr qəzaların qarşısını almağa kömək edir. Yəni qayda pozuntuları öncədən qeydə alınır və tənbeh olaraq sürücüyə cərimə tətbiq edilir. Bu isə öz növbəsində çəkindirici mexanizm rolunu oynayır”.

Texnologiyanın imkanları təkcə kəmər və ya telefonla məhdudlaşmır. Yaxın gələcəkdə bu sistemlərin sürücünün yorğunluq dərəcəsini, diqqətinin yayınmasını və hətta avtomobilin hərəkət trayektoriyasındakı qeyri-adiliyi müəyyən etməsi gözlənilir. Belə sistemlərin tətbiqi insan amilindən qaynaqlanan səhvləri minimuma endirir. Avtomatlaşdırılmış nəzarət sürücülərdə hər an izlənildiyi hissini formalaşdıraraq onları daha məsuliyyətli davranmağa sövq edir. Bu isə həm sürücülərin, həm də piyadaların təhlükəsizliyi üçün ən effektiv yollardan biri hesab olunur. Nəticə etibarilə rəqəmsal nəzarətin güclənməsi yollarda nizam-intizamı təmin etməklə yanaşı ölüm və xəsarət statistikasının kəskin azalmasına gətirib çıxaracaq.

Hazırda paytaxt küçələrində sınaqdan keçirilən bu yeniliklərin yaxın illərdə respublikanın bütün magistral yollarında standart hala çevrilməsi planlaşdırılır. Bu, həm də yol polisinə düşən fiziki yükü azaldaraq nəzarəti tamamilə şəffaf və obyektiv müstəviyə keçirəcək.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://dogru.az
archiveBu xəbər 28 Aprel 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri