Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı... AYNA
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Azərbaycanın avtovağzal və avtostansiyalarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi 29-31 dekabrda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 838 reyslə 25 046 sərnişin daşınıb.
Axar.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 200-dən çox reys həyata keçirilib.
Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından alıb. Bu da onlayn bilet satışında rekord göstərici hesab olunur.
Paytaxtdan bölgələrə və əks istiqamətə sərnişin axınının çox olduğu nəzərə alınaraq, vətəndaşlara biletlərini əvvəlcədən "biletim.az"dan əldə etmələri tövsiyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 01 Yanvar 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















