Icma.az
close
up
RU
Bakıdan dost ölkəni sevindirən xəbər: Əliyevdən öyrənmişəm demişdi , 2 il sonra...

Bakıdan dost ölkəni sevindirən xəbər: Əliyevdən öyrənmişəm demişdi , 2 il sonra...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Serbiyaya yaxın zamanda səfəri gözlənilir. Bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç açıqlayıb.

Həmçinin Serbiya Prezidenti Aleksandr Vuçiçin də ölkəmizə cavab səfərinin baş tutacağı qeyd edilir.

Əliyevin mövcud geosiyasi şəraitdə Serbiya səfəri hansı istiqamətdə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Azərbaycan və Serbiya arasında münasibətlər son illərdə daha da inkişaf edir, ali səviyyədə qarşılıqlı səfərlər intensiv, davamlı xarakter alır:

“Prezident İlham Əliyev 2022-2023-cü illərdə Serbiyada, həmçinin Prezident Vuçiç 2022-2024-cü illərdə ölkəmizdə səfərdə olub. İkitərəfli münasibətlərin əsasında enerji, ticarət və hərbi sahələrdə əməkdaşlıq dayanır. Lakin burada incə bir detal da var – Serbiya Avropada balanslı siyasət quruculuğunu Azərbaycandan əxz etməkdədir. Elə buna görə Vuçiç, “Çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm”, – fikrini səsləndirib.

Bunlar sadəcə olaraq tərif məqsədilə deyilmiş sözlər deyildi. İndi də Serbiya hökuməti ciddi Qərbyönümlü etiraz dalğaları və hərəkatları fonunda ölkənin balansını, mövqeyini, suveren xarici siyasət vektorunu qorumağa çalışır və Azərbaycan Prezidenti bu məsələdə dünya nümunəsi yaradıb. İlham Əliyevi əsl dost olaraq qiymətləndirən Vuçiç, liderlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı, dövlətlər arasında əməkdaşlığın da inkişaf etməkdə olduğunu, yeni əməkdaşlıq sahələrinin yaradıldığını qeyd edib. Yeni əməkdaşlıq sahələri dedikdə, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı əvəzedilməz rolu, eyni zamanda Cənub Qaz Dəhlizinin yeni bağlayıcı kəmərlər vasitəsilə daha çox Avropa dövlətlərinə, o cümlədən Balkanlara uzadılmasını nəzərdə tutur”.


Şəhla Cəlilzadə

Siyasi şərhçi bildirib ki, Prezident İlham Əliyev 2023-cü ildə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib:

“Səfər zamanı iki lider həm də hərbi texnika və avadanlıqlara baxmışdılar. Ölkəmiz Serbiyada istehsal olunan mühüm silahların alıcısıdır. Bu, sadəcə silah ticarəti ilə yekunlaşmayan, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilən hərbi əməkaşlıqdır. Tərəflər birgə hərbi təlimlərin, ortaq tədbirlərin keçirilməsi istiqamətində aparılan danışıqları artıq reallaşdırırlar.

Bu günlərdə Serbiyada birgə taktiki təlimlər baş tutur. Bu təlimlərdə özüyeriyən haubitsalar və çoxsaylı raket buraxıcılarının istifadəsi ölkəmizin yeni növ silahların, o cümlədən Nora B-52 haubitsalarının və s. alıcısı olduğunu göstərir.  Beləliklə, Azərbaycan çoxşaxəli xarici siyasəti çərçivəsində Qərblə əməkdaşlığı dərinləşdirməkdədir. Burada Serbiya ilə ikitərəfli münasibətlər xüsusi başlıq altında dəyərləndirilməyə layiqdir.

Nəticə etibarilə, Azərbaycanın Serbiya vasitəsilə Avropanın digər ölkələrinə qaz ixracını artıraraq enerji təhlükəsizliyində rolunu gücləndirməsi, həmçinin bu ölkənin də geostrateji mövqeyinin güclənməsinə yol açır. Sözügedən vəziyyət qarşılıqlı maraqlar prizmasından mühüm aspekt hesab oluna bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri