Icma.az
close
up
RU
Bakıdan ən ucuz aviabiletləri necə alaq?

Bakıdan ən ucuz aviabiletləri necə alaq?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə səyahət və istirahət artıq sadəcə lüks və ya əyləncə deyil, insanın psixoloji və fiziki sağlamlığı üçün zəruri ehtiyac kimi qəbul olunur. Gərgin iş rejimi, informasiya yüklənməsi və şəhər həyatının stressi fonunda insanlar getdikcə daha çox səfərlərə çıxmağı, mühit dəyişməyi və özünə zaman ayırmağı seçir.

Bu gün səyahət həm də dəbdə olan sağlam hobbi, həyat balansını qorumağın effektiv yolu sayılır. Təsadüfi deyil ki, bir çoxları üçün səyahət sadəcə yola çıxmaq deyil, xoşbəxtliyin, azadlığın və özünü yenidən kəşf etməyin təzahürü kimi dəyərləndirilir.

Əziz səyahətsevərlər, 25 ölkə və 50-dən çox şəhər səyahəti təcrübəsi olan bir səyyah kimi bu yazımda düzgün səyahət planlamasının qaydaları, ucuz aviabilet almağın sirləri və Bakıdan yaxın 6 ay üçün ən ucuz 15 istiqamət üzrə qiymətlər barədə bəhs etmişəm.
Elə isə, uçuşa hazırsınızmı?!

Ucuz bilet qaçırmamaq üçün nə etməli?

Səyahət edərkən yüksək qiymət bəzən ən böyük problem olur. Amma elə edə bilərsiniz ki, bu problemi yaşamayasınız. Ona görə də aşağıdakı tövsiyələrə əməl edərək həm qiymətə qənaət edər, həm də daha ağıllı səyahət planlaşdıra bilərsiniz:

Qiymətlərin monitorinqi

Müxtəlif bilet axtarış sistemləri və tətbiqlər vasitəsilə (Skyscanner, Google Flights, Kiwi, Aviasales və s.) bilet qiymətləri üçün bildiriş, yəni xəbərdarlıq (“budilnik”) funksiyası qurun. Bu sistemlər sizə qiymət düşəndə siqnal göndərə bilərlər. Biletləri daha erkən bron etmək əsasən ucuz bilet deməkdir.

Zaman intervalı ilə tarix axtarışı

Əgər səyahət tarixləriniz konkret deyilsə, müəyyən aylar və həftələr arasında qiymətləri müqayisə edin — bəzən yalnız bir neçə gün fərqlə bilet qiyməti kəskin aşağı düşə bilər.

Müxtəlif istiqamətlər üzrə uçuşların analizi

Eyni şəhər üçün fərqli hava limanlarına və ya təyyarə növlərinə baxın — bəzən tranzitlə uçuşlar birbaşa uçuşlardan daha sərfəli olur. Həmçinin, Bakıdan yaxın ölkələrə (məsələn, Gürcüstan, Rusiya, Türkiyə istiqamətləri) bəzən çox sərfəli qiymətlərdə bilet tapmaq mümkündür.

“İstənilən istiqamətə və tarixdə” aviabilet axtarışı

“İstənilən istiqamətə” və ya “İstənilən tarixdə” kimi seçimlər ilə axtarış edərək, müəyyən bir yerə bağlı qalmadan ən ucuz uçuşları tapa bilərsiniz. Siz bunu bütöv il böyük da seçə bilərsiniz, konkret zaman çərçivəsində də. Məsələn, aprel ayında məzuniyyət götürməyi düşünürsünüz. Lakin hansı ölkəyə və aprel ayının konkret hansı günlərində səyahət edəcəyinizə qərar verməmisiniz. Bu zaman rahat şəkildə “istənilən istiqamətə” seçimi ilə aprel ayının bütün günlərini qeyd edərək sərfəli qiymətə arzuladığınız ölkəyə səfərinizi planlaya bilərsiniz.

Bakıdan ən ucuz qiymətə səfər edəcəyiniz 15 istiqamət hansıdır?

Sərfəli səyahət ucuz biletdən başlayır deyirlər. Bəs görəsən Azərbaycandan olan aviabiletlərimiz hazırda qiymət cəhətdən nə dərəcədə əlçatandır. Bununla bağlı kiçik araşdırma apardıq. 2026-cı ilin yanvar–iyun ayları üçün Bakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanından uçuşlarda 15 ən ucuz qiyməti qeyd etmişik. Qiymətlər dəyişkən olub axtarış zamanına və aviaşirkətə görə fərqlənə bilər.
1. Budapeşt, Macarıstan (WizzAir hava yolları ilə birbaşa) – 52 dollar
2. Tbilisi (AZAL hava yolları ilə birbaşa) – 56 dollar
3. Roma İtaliya (WizzAir hava yolları ilə birbaşa) – 57 dollar
4. Dammam, Səudiyyə Ərəbistanı (AZAL hava yolları ilə birbaşa) – 74 dollar
5. Ankara, Türkiyə (AZAL hava yolları ilə birbaşa) – 75 dollar
6. Tehran, İran (AZAL hava yolları ilə birbaşa) – 76 dollar
7. İstanbul, Türkiyə (Pegasus hava yolları ilə birbaşa) – 80 dollar
8. Tirana, Albaniya (WizzAir hava yolları ilə Budapeşt vasitəsilə) – 82 dollar
9. Milan, İtaliya (WizzAir hava yolları ilə Budapeşt vasitəsilə) – 83 dollar
10. Təl-Əviv, İsrail (İsrail Hava Yolları ilə birbaşa) – 88 dollar
11. London, Böyük Britaniya Krallığı (WizzAir hava yolları ilə Budapeşt vasitəsilə) – 89 dollar12. İzmir, Türkiyə (Pegasus hava yolları ilə birbaşa) – 91 dollar
13. Berlin, Almaniya (WizzAir hava yolları ilə Budapeşt vasitəsilə) – 93 dolar
14. Vyana, Avstriya (Pegasus hava yolları ilə Antalya vasitəsilə) – 100 dollar
15. Praqa, Çexiya (WizzAir hava yolları ilə Roma vasitəsilə) – 104 dolar

Xatırladaq ki, bu qiymətlər tək istiqamət üçün orta göstəricilərdir və aeroportdan, vaxtdan asılı olaraq dəyişə bilər. Həftə içi reyslər, sakit dövrlər və erkən rezervasiya qiymətlərin aşağı olmasına kömək edir.

Faydalı tövsiyələr:

✔ Ən ucuz aylara erkən baxın: Fevral–mart kimi bir çox Avropa istiqamətində biletlər yeni il sonrası ucuzlaşa bilər.
✔ Gediş-dönüş bileti nəzərdən keçirin: Bəzən gediş-dönüş tək uçuşdan daha sərfəlidir.

✔ Aviabilet saytlarını müqayisə edin: Müxtəlif platformalara (Skyscanner, Aviasales.az, Kiwi, Google Flights) baxın — bəzən eyni marşrutda fərqli qiymətlər olur.

Beləliklə, səyahət sadəcə istirahət deyil – bu, insanın özünü kəşf etməsi, stresdən uzaqlaşması və həyat enerjisini artırması üçün vacib vasitədir. Ucuz bilet tapmaqla və ağıllı tur proqram qurmaqla siz həm maddi, həm də vaxt baxımından qənaət edə bilərsiniz. Hər yeni səfər insanı zənginləşdirir, dünyagörüşünü genişləndirir və gündəlik həyatın monotonluğunu pozur. Ona görə də planlı, çevik və məlumatlı səyahət etmək həm xoşbəxtliyin, həm də sağlam həyatın açarıdır.

Elnur Ağayev

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:692
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri