Icma.az
close
up
RU
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi Hacıyevdən kritik mesaj

“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi Hacıyevdən kritik mesaj

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır. Guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərib.

“Bu cür absurd və fantastik iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və yalnız qəsdən yayılmış dezinformasiyadan başqa bir şey deyil. Biz bu saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”, – deyə H.Hacıyev qeyd edib.

İlk növbədə qeyd edim ki, Hikmət Hacıyevin bu iddialara dərhal və açıq şəkildə cavab verməsi, onları “uydurma və əsassız” adlandırması tam yerində və düzgün qərardır. Həqiqətən də bu cür ittihamlar Azərbaycana qarşı aparılan hibrid informasiya müharibəsinin bir hissəsidir və ölkənin geosiyasi müstəqilliyini hədəfə alır.

Hacıyevin bəyanatı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq bir siqnaldır: Azərbaycan heç bir dövlətin casus şəbəkəsinin vasitəçisi deyil və öz ərazisinin başqa ölkələrə qarşı istifadə olunmasına imkan vermir.


Hikmət Hacıyev

Bu cür iddiaların irəli sürülməsi bir neçə səbəblə izah oluna bilər:

Birincisi, İran daxilindəki azərbaycanlılardan Tehran rejimi ciddi şəkildə narahatdır. Aydındır ki, Təbriz, Zəncan, Urmiya başda olmaqla digər bölgələrdə yaşayan milyonlarla etnik azərbaycanlının milli şüurunun yüksəlişi İran hakimiyyətini narahat edir. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İranda yaşayan azərbaycanlıların Azərbaycana verdiyi mənəvi dəstək rejimin diqqətindən yayınmayıb.

Lakin İranın əsas narahatlığı çox fərqlidir. Belə ki, illərdir İran hakimiyyətinin etnik assimilyasiya və diskriminasiya siyasəti, regionun demoqrafik vəziyyətini süni şəkildə dəyişdirmə cəhdləri, kürdlərlə azərbaycanlılar arasında etnik qarşıdurma yaratmaq təşəbbüsləri bu narahatlığın əsasını təşkil edir.

Bu qorxular hər nə qədər başadüşülən olsa da, Azərbaycanla heç bir əlaqəsi yoxdur. İran hakimiyyətinin yanlış daxili siyasəti nəticəsində bu ölkədə yaşayan azərbaycanlılarla mərkəzi hakimiyyət arasında uçurum yaranıbsa, bunda Bakı günahkar deyil.

Əslində indiki məqamda Azərbaycan daha narahatdır. Reallıq budur ki, İran rejimi etnik azərbaycanlıları “xarici agent” kimi təqdim edərək daxili repressiyaları “legitimləşdirmək” üçün istifadə edə bilər. Bu, yeni deyil və illərdir tətbiq olunan siyasi praktikadır.

İkincisi, Azərbaycanın İsraillə əməkdaşlığı Tehranı uzun illərdir narahat edir. Bakı–Təl-Əviv münasibətləri daim İran tərəfindən qısqanclıqla izlənilib. Bununla belə, Azərbaycan heç vaxt İsrailin İranla bağlı planlarının və ya hərbi təşəbbüslərinin bir parçası olmayıb.

İstisna deyil ki, Təl-Əviv Bakıdan müəyyən məsələlərdə dəstək istəyib. Amma burada əsas məqam Azərbaycanın tutduğu prinsipial mövqedir. Azərbaycan regionda balanslı və müstəqil xarici siyasət yürüdür. İranla dini, tarixi və coğrafi bağlar olduğu kimi, İsraillə də texnoloji, hərbi və iqtisadi əməkdaşlıq mövcuddur. Lakin bu tərəfdaşlıqlar heç bir şəkildə üçüncü dövlətlərə qarşı yönəlməyib.

Azərbaycanın xarici siyasət prioritetləri kifayət qədər açıq və aydındır. Təəssüf ki, bəzi qonşularımız ya bunu anlamır, ya da anlamaq istəmir.
Azərbaycan heç vaxt nə İkinci Qarabağ müharibəsi dövründə, nə də ondan sonra öz ərazisindən başqa ölkələrə qarşı casusluq və ya hərbi fəaliyyət üçün istifadə olunmasına şərait yaratmayıb.

Nəticə etibarilə, Hikmət Hacıyevin bəyanatı Azərbaycanın yeni nəsil hibrid müharibə formatında xüsusilə dezinformasiya və kiberhücumlar sahəsində necə ayıq və hazırlıqlı olduğunu bir daha ortaya qoyur. İran–İsrail toqquşması genişlənərsə, informasiya cəbhəsində də gərginlik artacaq. Lakin burada bir həqiqəti unutmaq olmaz: Azərbaycan nə bu qarşıdurmanın açıq, nə də pərdəarxası tərəfidir. Rəsmi Bakı yalnız öz maraqlarını qətiyyətlə qoruyan suveren aktordur.

Müəllif: Politoloq Turan Rzayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 İyun 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri