Icma.az
close
up
RU
Bakıdan İrana yaşıq işıq : iki istiqamətli plan işə düşdü

Bakıdan İrana yaşıq işıq : iki istiqamətli plan işə düşdü

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EU Today”ə müsahibəsində Azərbaycan–İran münasibətlərindən bahs edib.

Prezidentin köməkçisi Tehrandakı səfirliyimizə hücumla bağlı yaranan gərginliyin artıq tamamilə aradan qalxdığını, hazırda münasibətlərin normal və stabil olduğunu söyləyib. Hikmət Hacıyev həmçinin Azərbaycan və İran prezidentləri arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Hikmət Hacıyevin verdiyi mesajlar Bakı-Tehran münasibətlərində uzun müddət davam edən təzyiq və inamsızlıq mərhələsindən daha praqmatik və idarəolunan bir fazaya keçidin anonsu kimi görünür:

“Tehrandakı səfirliyə silahlı hücumdan sonra yaranan dərin diplomatik böhran Bakı üçün təkcə təhlükəsizlik məsələsi deyil, həm də regiondakı geosiyasi nizamla bağlı strateji siqnal idi. Hacıyevin “gərginlik aradan qaldırılıb” deməsi isə iki ölkənin qarşıdurma modelindən qarşılıqlı faydaya söykənən əməkdaşlıq formatına qayıtmaq niyyətini ortaya qoyur.

Azərbaycanın mövqeyi burada bir neçə istiqamətdə oxunur.

Birincisi, Bakı Tehranla münasibətləri tam şəkildə kəsməkdə maraqlı olmadığını göstərir, əksinə, kommunikasiya kanallarının açıq saxlanması regionda stabillik üçün vacib sayılır. Bu, həm də İran faktorunun Cənubi Qafqazda balanslaşdırılmasını təmin edən real politik yanaşmadır.


Qabil Hüseynli

İkincisi, iqtisadi və ticarət münasibətlərinin inkişafına vurğu Azərbaycan üçün çoxşaxəli nəqliyyat-marşrut strategiyasına uyğundur. Bakı, həm qərb, həm şimal, həm də cənub istiqamətlərini aktiv saxlayaraq özünü regional tranzit mərkəzi kimi möhkəmləndirmək istəyir. İranla əməkdaşlığın açıq saxlanması bu strategiyanın ayrılmaz hissəsidir.

Digər tərəfdən, bu mesaj Tehranın da son aylarda yumşalma xəttinə keçməsi ilə səsləşir. İran üçün Azərbaycanla bağlı gərginliyin davam etməsi həm regional təcridi dərinləşdirə, həm də iqtisadi faydaları azalda bilərdi. Bu səbəbdən tərəflərin münasibətləri “nə tam yaxınlıq, nə də tam qarşıdurma” formatında, qarşılıqlı maraqların diktə etdiyi şəkildə sabitləşdirməsi rasional addımdır.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri