Icma.az
close
up
RU
BAKIDAN İSRAİLƏ ZƏNG VƏ... Netanyahu hökuməti niyə geri addım atdı?

BAKIDAN İSRAİLƏ ZƏNG VƏ... Netanyahu hökuməti niyə geri addım atdı?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail parlamenti (Knesset) rəsmi Bakının ciddi diplomatik təzyiqlərindən sonra qondarma "erməni soyqırımı"nın tanınması barədə səsverməni təxirə salıb.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumatı İsrailin "Haaretz" qəzeti yayıb. Nəşrin mənbələrinə görə, İsrail rəsmiləri Bakıya bu məsələnin parlamentin gündəliyindən tamamilə çıxarıldığına dair zəmanət veriblər.

Xatırladaq ki, iyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gidon Saar tərəfindən irəli sürülən qondarma “erməni soyqırımı”nın tanınması təklifini yekdilliklə bəyənmişdi. Prosedurun tamamlanması üçün sənəd Knessetdə səsverməyə çıxarılmalı idi, lakin parlamentin yay sessiyasının son iclaslarının gündəliyinə daxil edilmədi.

"Haaretz" yazır ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İsrail Baş nazirinin ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu səsverməni bloklayıb. Maraqlıdır ki, Netanyahunun özü hökumətin iclasında bu təşəbbüsün lehinə səs vermişdi. XİF rəhbəri Gidon Saar isə səsvermənin Netanyahunun müdaxiləsi ilə ləğv olunduğunu təkzib etsə də, məsələnin Knessetə niyə çıxarılmadığına dair başqa izah verməyib.

Azərbaycan tərəfi İsrail hökumətinin iyunun 28-də verdiyi qərara dərhal sərt reaksiya göstərmişdi. İyunun 29-da Azərbaycan XİN-i İsraili bu addımı yenidən nəzərdən keçirməyə çağırmış, 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin regionda sülhə və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə mane olduğunu bəyan etmişdi.

Eyni zamanda, Azərbaycandakı yəhudi icması da hərəkətə keçmişdi. Sefard yəhudiləri icmasının baş ravvini Zamir İsayev İsrailin dindar partiyaları olan ŞAS və "Yahidut ha-Tora" deputatlarına təcili məktublar ünvanlayaraq, Azərbaycanın İsrail üçün etibarlı dost olduğunu xatırlatmış və bu addımın ikitərəfli əlaqələrə vura biləcəyi zərbədən xəbərdar etmişdi. Sonradan ölkədəki bütün yəhudi icmalarının rəhbərləri Knessetə bənzər müraciətlər yollamışdılar.

Mənbələrin verdiyi məlumata görə, məhz bu müraciətlərdən sonra dindar partiyalar layihənin əleyhinə səs verəcəklərini bəyan ediblər. Netanyahunun "Likud" partiyası koalisiya tərəfdaşlarının müqaviməti fonunda layihənin iflasa uğrayacağını anlayaraq onu gündəlikdən çıxarmağa məcbur olub.

Analitiklər qeyd edirlər ki, İsrail hökumətinin bu təşəbbüsü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail hökumətinin regionda müharibələri alovlandıran fəaliyyətini və Qəzzada törətdiyi soyqırımı sərt tənqid etməsinə cavab olaraq bir təzyiq aləti kimi gündəmə gəlmişdi. Lakin layihə İsraili onun ən mühüm strateji tərəfdaşlarından biri və Türkiyənin yaxın müttəfiqi olan Azərbaycanla qarşı-qarşıya qoydu.

Qeyd edək ki, analoji cəhd ötən ilin yayında da baş vermiş, lakin Azərbaycan rəsmisinin Netanyahuya zəngindən sonra səsvermə təxirə salınmışdı.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da qondarma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə “tanınmasının” artıq Ermənistanın xarici siyasət prioriteti olmadığını bəyan edib.

O, İrəvanın məqsədinin keçmişin tanınması yox, müasir Ermənistanın təhlükəsizliyini təmin etmək olduğunu bildirərək, İsrailin addımını alqışlamaqdan imtina edib: "Biz bu məsələyə reaksiya verməyə ehtiyac görmürük, çünki bu mövzunun “silaha” çevrilməsinə imkan verməmək Ermənistanın maraqlarına uyğundur".

E.Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyul 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see482

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see466

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see391

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see384

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see360

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see353

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see344

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see343

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see340

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see318

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see292

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see289

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see263

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see239

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see235

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see232

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see212

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see198

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri