Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ Yaralananlar var
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza səhər saatlarında rayon ərazisində qeydə alınıb.
Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus naməlum səbəbdən idarəetmədən çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumata əsasən, 6 nəfər kişi cinsli şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Məlumata görə, zərərçəkənlər Bakı şəhərindən Lerik rayonuna səfər edirmişlər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Sabutay, Bizim.Media, Cənub bürosu
Baxış sayı:83
Bu xəbər 31 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















