Icma.az
close
up
RU
Bakıdan qatarla birbaşa Qazaxa rahat, sürətli, sərfəli SƏYAHƏT

Bakıdan qatarla birbaşa Qazaxa rahat, sürətli, sərfəli SƏYAHƏT

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bakıdan Qazax rayonuna qatarla getmək mümkün olacaq. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC sərnişin məmnuniyyətinin artırılması məqsədilə Bakı–Ağstafa–Bakı marşrutunu Qazax stansiyasına qədər uzadır.

Yeni marşrut üzrə ilk reys iyunun 15-də həyata keçiriləcək. Həmin gündən etibarən bilet satışına da start veriləcək. Bu istiqamətdə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq. Bakıdan Qazaxa standart sinif üzrə minimum bilet qiyməti 16.20 manat olacaq.

Bu yenilik bölgəyə səyahət edənlər üçün daha rahat və sürətli nəqliyyat imkanı yaradacaq. Yeni marşrut regionun turizm və iqtisadi potensialına da töhfə verəcək.

Modern.az-a danışan Milli Məclisin Qazaxdan olan deputatı Səməd Seyidov da qərarı müsbət qarşılayıb:

"Əvvəllər Gəncə, sonra Tovuz, indi isə Qazaxa qədər qatar rahat gedib gəlirik. O qatardan mən özüm də istifadə edirəm. Ona görə ki, vaxtı, cədvəli çox münasibdir. İnsanlar da istifadə edirlər. İnşallah, Azərbaycanın bütün bölgələrinə müasir, sürətli, yüksəksəviyyəli qatarla gedib-gələcək. Bu yaxınlarda Ağdamda yeni bir dəmir vağzalı açıldı. Ora da qatarımız getdi. Bütün bunlar göstərir ki, quruculuq işlərini biz özümüzə ən əsas prioritet  götürmüşük. Hazırda dünyada gedən proseslər təəssüflər olsun ki, hər yeri dağıdır. Azərbaycanda gedən proseslər isə dünyanı qurur. Bu da böyük bir fərqdir. Biz quruculuqla məşğul oluruq. Əmin-amanlığı qoruyub saxlamağa çalışır, sülh haqqında danışırıq.  Neynəyəsən ki, dünya alov içərisindədir. Bu proseslər heç də müsbət istiqamətdə cərəyan etmir", - deputat əlavə edib.

Qazaxdan olan jurnalist Anar Bayramoğlu deyir ki, Bakı-Qazax qatarının bərpa olunması təqdirəlayiqdir.

"Düşünürəm ki, bu, insanların paytaxta gediş-gəlişini asanlaşdıracaq. İnsanlar əziyyət çəkir, mənzil başına tez çatmaq üçün taksilərdən, mikroavtobuslardan istifadə edirlər ki, bu da həm çox xərc çəkməyə, həm də yol yorğunluğuna səbəb olur. Avtobusla səfər isə həm bahadır, həm də zaman baxımından sərfəli deyil. Mən baxdım, Bakı-Qazax qatar reysinə biletin qiymətləri də normaldır, yəni avtobus və taksi-mikroavtobusların gedişhaqqı daha bahadır. Düzdür, Ağstafaya sürət qatarı var və insanlar əksər vaxt Bakı-Ağstafa reysindən istifadə edirlər. Amma bu halda da vətəndaşlar daha çox xərcləyirlər. Bu mənada, verilən qərar təqdir olunası qərardır. Düşünürəm ki, Bakı-Qazax qatarı rentabelli olacaq. Əksər vətəndaşların istifadə edəcəyi şübhəsizdir. Ümumiyyətlə, qatar səfər üçün hər zaman ucuz və rahat nəqliyyat vasitəsi olub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri