Icma.az
close
up
RU
Bakıdan Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edilib

Bakıdan Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edilib

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Dekabrın 6-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkəçiliyi altındakı Sen Martin adasına həsr edilmiş beynəlxalq konfransının açılışı olub. SİA xəbər verir ki, “Sen Martində Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale” adlı konfransda müstəmləkəçiliyə qarşı mübarizə aparan və azad olmağa çalışan Sen Martin xalqının təmsilçiləri, habelə müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərli, parlamentin üzvləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və tədqiqatçılar iştirak ediblər.

Konfransın açılışında çıxış edən Sen Martin parlamentinin üzvü Franklin Meyers bildirib ki, istər Fransanın, istərsə də Niderlandın müstəmləkəçiliyindən qurtularaq müstəqil olmaq xalqlarımızın ən müstəsna hüququdur. O, məhz bu hüququn dünya miqyasında tanınması üçün Bakıda olduqlarını qeyd edib.

“Hesab edirik ki, analoji konfransların təşkili əsas ideyamız olan müstəqilliyə doğru irəliləmək yolunda son dərəcə mühüm addımdır”, - deyən Sen Martin parlamentinin üzvü bu istiqamətdə göstərdiyi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib ki, kolonializmin Sen Martin adasındakı təsirləri kimlik itkisindən və assimilyasiyadan çox uzağa gedib. O bildirib ki, adanın xalqı Fransa və Niderland arasında bağlanmış müqavilənin nəticələrindən hələ də əziyyət çəkir. Bu insanlar qeyri-insani ədalətsizliyə məruz qalıblar ki, bu da insanlıq adına bir utancdır.

"Sen Martinin xalqı birdir, baxmayaraq ki, kolonializm onları iki yerə bölüb. Amma onlar oxşar talelərlə üzləşirlər. Hər iki hissədəki yerli xalqın ortaq problemlərin öhdəsindən gəlmək qabiliyyəti qəsdən zəiflədilib. Kolonial hakimiyyətlər Sen Martinin resurslarını guya adanın inkişafına kömək məqsədilə öz xeyirlərinə istifadə edirlər. Lakin aydın görünür ki, dərin iqtisadi monopolizm və tənəzzül Sen Martin xalqına zərər verməyə davam edir", - deyə deputat diqqətə çatdırıb.

Sonra “One Saint Martin” təşkilatının prezidenti Rhoda Arrindell “Sen Martində ikili müstəmləkəçilik irsi” mövzusunda təqdimatla çıxış edib. O, irsin sosial, mədəni və iqtisadi təsirlərinə toxunub. Həmçinin müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyini vurğulayaraq, Sen Martin xalqının birliyinə və müstəqilliyinə çağırış edib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov təşkilatın fəaliyyəti ilə bağlı geniş təqdimat edib. O, Qrupun əsas missiyası və məqsədləri barədə danışaraq, həyata keçirilmiş layihələri və əldə edilən uğurları konfrans iştirakçılarının diqqətinə çatdıraraq vurğulayıb: “İndiyədək Bakı Təşəbbüs Qrupu kolonializmə aid 22 tədbir keçirib, 3 memorandum imzalanıb. Həmçinin müxtəlif beynəlxalq platformalarda çıxış edib”.

Abbas Abbasov, həmçinin Bakı Təşəbbüs Qrupunun beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini genişləndirmək istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.

Konfransda, eyni zamanda, Fransanın və Niderlandın əsarəti altında olan və iki hakimiyyətin mövcud olduğu Sen Martin xalqının müstəmləkəçilikdən azad olmaq uğrunda apardığı mübarizə, habelə problemin aidiyyəti beynəlxalq təşkilatların gündəliyinə çıxarılması istiqamətində görülən işlər, beynəlxalq hüquqi mexanizmlər müzakirə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see193

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see133

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109

Xamenei İsraillə 12 günlük müharibədən danışdı

16 İyul 2025 17:32see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri