Icma.az
close
up
RU
Bakıdan sonra Vaşinqton araya girib Türkiyədən nə tələb olunur?

Bakıdan sonra Vaşinqton araya girib Türkiyədən nə tələb olunur?

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Tramp administrasiyası potensial qarşıdurmaların qarşısını almaq üçün Suriyada münaqişənin aradan qaldırılması mexanizmi yaratmaq naminə Türkiyə-İsrail müstəvisində lobbiçilik edib.
Reyting.az
xəbər verir ki, bu barədə bir ABŞ rəsmisi və regional mənbə “Middle East Eye”-a (MEE) danışıb.
Ötən ilin dekabrında Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra iki ölkə arasında gərginlik son dərəcə artıb.
İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmilər dəfələrlə Türkiyənin Suriyanın şimalında (xüsusən də Ankara Suriya hava məkanının bəzi hissələrinə nəzarəti təmin edərsə) daimi hərbi mövcudluğu ilə bağlı narahatlıqlarını dilə gətirib və bunu qırmızı xətt adlandırıblar.
Bu ayın əvvəlində İsrail Suriyada Türkiyənin yerləşdirməyi planlaşdırdığı Hama və Tiyas aviabazaları (T4 kimi tanınır) kimi hərbi obyektləri hədəfə alaraq ora bir neçə zərbə endirib. Bu zərbələr Ankaranın T4-ü yoxlamaq və onun yenidən qurulması üçün ilkin qiymətləndirmə aparmaq naminə texniki qrup göndərməyə hazırlaşdığı vaxt baş verib.
Hava zərbələrindən sonra Türkiyə Müdafiə Nazirliyindəki mənbələr hər iki ölkənin ötən həftə Bakıda (Azərbaycanda) münaqişənin aradan qaldırılması üzrə texniki səviyyədə danışıqlar apardığını təsdiqləyib. Rəsmi mənbələr MEE-yə bildiriblər ki, görüş Vaşinqtonun potensial insidentlərin qarşısını almaq üçün hər iki tərəfi dialoqa təşviq etməsindən sonra baş tutub.
ABŞ rəsmisi deyib ki, dövlət katibi Marko Rubio aprelin 3-də Vaşinqtonda Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə görüşündə İsraillə gərginliyin azaldılması və dialoqun artırılmasının vacibliyini vurğulayıb.
Rəsmi əlavə edib ki, Bazar ertəsi Rubio Fidanla telefon danışığında münaqişənin aradan qaldırılması danışıqlarının vacibliyini təkrarlayıb.
Regional mənbə isə qeyd edib ki, Vaşinqton xüsusilə Türkiyə və İsrail təyyarələrinin indi təhlükəli dərəcədə yaxınlıqda uçması və gözlənilməz toqquşma riskinin artırmasından narahatdır.
Bununla belə, bir türk rəsmisi ABŞ diplomatiyasının rolunu kiçik hesab edərək, Türkiyə və İsrailin bir müddətdir ki, münaqişənin aradan qaldırılması mexanizmlərinə sahib olduğunu deyib.
O qeyd edib ki, Türkiyə illərdir Suriyada Rusiya, İran və ABŞ ilə oxşar kanallar saxlayır və İsraillə daha bir kanal əlavə etmək “böyük məsələ deyil”.
Məsələ ilə tanış olan ayrı bir mənbə MEE-yə bildirib: “Türkiyə və İsrail bundan əvvəl, keçən il Ankaranın öz vətəndaşlarını Livandan təxliyəsi zamanı əlaqə saxlayıblar. Onlar ABŞ Mərkəzi Komandanlığından münaqişənin aradan qaldırılması üçün bir kanal kimi də istifadə edirdi”.
Mənbə əlavə edib ki, yeni mexanizm real vaxt koordinasiyasını gücləndirərək, hər iki tərəf üçün 24 saat çıxış təmin edəcək.
Başqa bir mənbə, Türkiyə ilə İsrail arasında bu məsələ ilə bağlı növbəti danışıqların mümkünlüyünü və rəsmi razılaşmanın vacib olmadığını, qeyri-rəsmi, şifahi anlaşmanın kifayət edəcəyini bildirib.
Adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib ki, Ankara dekabrdan bəri münaqişənin aradan qaldırılması mexanizmi ilə bağlı tərəddüd edir.
Türkiyə rəsmilərinin fikrincə, İsrailin əsl məqsədi təkcə qarşıdurmalardan qaçmaq deyil, həm də Dəməşqdəki yeni hökumət qüvvələrini istisna etməklə və İsrailin Suriyada sərbəst hərəkət etməsinə imkan yaratmaqla, öz təsir dairəsi yaratmaqdır.
Türkiyə rəsmiləri iddia edir ki, bu cür tələblər 14 illik vətəndaş müharibəsindən sonra təcili olaraq maliyyəyə, beynəlxalq tanınmaya və infrastrukturun inkişafı da daxil olmaqla, hərtərəfli dövlət quruculuğu səylərinə ehtiyacı olan Suriya hökumətində sabitliyi pozacaq.
ABŞ-nın potensial vasitəçiliyinə baxmayaraq, Ankaradakı mənbələr Türkiyənin Suriyada hərbi bazalar yaratmaq planlarından əl çəkməyəcəyinə inanırlar. Bu bazalar yaradılan zaman İŞİD-lə mübarizə aparmaq, Rusiya və İsrailin dəyişən rolları, boşluğu doldurma imkanı nəzərə alınıb.
Həftəsonu Türkiyə Xarici işlər nazirinin müavini Nuh Yılmaz Antalya Diplomatiya Forumunda Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatları koordinasiya etmək üçün Suriya, İraq, Livan və İordaniya ilə regional koalisiya yaratdığını açıqlayıb.
Onun sözlərinə görə, Suriya hökuməti rəsmi şəkildə yardım tələb etdikdən sonra koalisiya Dəməşqdə qərargah yaradacaq və əməliyyatlara başlayacaq.
Bununla belə, Dəməşq və Ankara arasında Türkiyənin hərbi yardımı və yeni yaradılmış Suriya ordusuna təlim vermə üçün rəsmi ikitərəfli müdafiə paktı hələ imzalanmayıb.
Y. QACAR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri