Bakıətrafı ərazilərə yeni avtobuslar veriləcək? RƏSMİ CAVAB
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Bakıda COP29 zamanı istifadə olunan elektrik avtobusları bir müddət öncə müntəzəm marşrut xəttlərində istifadəyə verilib. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri kimi şəhərin nəqliyyat sisteminin modernləşdirilməsi və havanın çirklənməsinin azaldılması məqsədini daşıyır.
Bəs həmin marşrut xəttlərində olan əvvəlki avtobusların taleyi necə olacaq? Onlar Bakıətrafı ərazilərdə istismarda olan nisbətən köhnə avtobusları əvəz edə bilərmi?
Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.
Agentlikdən baku.ws-ə bildirilib ki, istismara yararsız avtobusların yenilənməsi istiqamətində işlər aparılacaq:
"AYNA tərəfindən bu istiqamətdə müsabiqələr həyata keçirilir. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir."
Bu yeniliklər nəqliyyat sistemində ciddi keyfiyyət dəyişikliklərinə səbəb olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 05 Dekabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















