Icma.az
close
up
RU
Bakıətrafı qəsəbələrə işləyən avtobuslara da ikinci validatorlar QURAŞDIRILIR? AYNA dan AÇIQLAMA

Bakıətrafı qəsəbələrə işləyən avtobuslara da ikinci validatorlar QURAŞDIRILIR? AYNA dan AÇIQLAMA

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın günlərdə M1 nömrəli ekspres marşrutlarına sərnişinlərin minməsi prosesini sürətləndirmək üçün əlavə ikinci validatorlar quraşdırılıb. Əlbəttə bu, sərnişinlərin işini asanlaşdırır, gözləmə müddətini isə azaldır.  
Maraqlıdır, digər marşrutlarda, xüsusilə Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən avtobuslarda da ikinci validatorlar quraşdırıla bilər?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hələlik bununla bağlı məlumat yoxdur. Bu istiqamətdə əlavə məlumat olduqda təqdim ediləcək.
Nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə isə ekspres avtobuslara əlavə validatorun quraşdırılması ilkin mərhələdə bir növ sınaq xarakterlidir.
Əgər gələcəkdə özünü doğrultsa,  başqa digər marşrutlara da bu aparatlar qoşula bilər:
"Əlavə validatorların quraşdırılması sərnişinlərin avtobusa daha sürətli və rahat minməsini təmin edir, bu da dayanacaqlarda ləngimələrin və növbələrin azalmasına kömək edir. Vaxt itkisinin qarşısını alır.  Yəni bu birbaşa olaraq sərnişinin rahatlığı üçün təşkil olunur".
Ekspert bildirib ki, əlavə validator sərnişin sıxlığını tənzimləmir, sadəcə sərnişinin avtobusa daha tez minməsini, ödənişin sürətli həyata keçirilməsini təmin edir.
Məlumat üçün bildirək ki, xarici təcrübədə də sərnişin axınının sürətləndirilməsi üçün avtobusların yalnız ön hissəsində deyil, digər qapılarında da validatorlardan istifadə olunur.
Məsələn, London, İstanbul, Tbilisi avtobuslarında orta qapının yanında kontaktsız ödəniş üçün validatorlar quraşdırılıb. Bu sistem sərnişinin ödənişi avtobusa minərkən daha sürətli həyata keçirməsinə imkan verir.
Nəzrin Mirzəyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Avqust 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri