Bakıfa illüziya muzeyi açıldı FOTOLAR
Icma.az, Azvision portalına istinadən məlumat verir.
Açılışda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, belə innovativ məkanların yaradılması İçərişəhərin turizm potensialını daha da artırır və paytaxtın mədəni həyatına yeni rəng qatır. O qeyd edib ki, muzey həm yerli sakinlər, həm də xarici turistlər üçün fərqli və yaddaqalan təcrübə vəd edir.
Bakı İllüziya Muzeyinin direktoru Tofiq Sadıqov məlumat verib ki, kompleks üç mərtəbədən və 20-dən çox tematik otaqdan ibarətdir. Onun sözlərinə görə, ekspozisiyada “Ames”, “Sonsuzluq”, “Güzgü labirinti”, “Vortex tuneli”, müxtəlif 3D illüziyalar və effektlərlə zəngin guşələr yer alır. Hər bir otaq insan qavrayışını sınağa çəkən və beyni “aldadan” xüsusi vizual effektlərlə hazırlanıb.
Qeyd edək ki, Bakı İllüziya Muzeyi hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilərin ixtiyarındadır. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə burada Azərbaycan, rus və ingilisdilli peşəkar bələdçilər xidmət göstərir. Unikal foto və video çəkiliş imkanları ilə seçilən muzey həm ailəvi istirahət, həm də gənclərin asudə vaxtının səmərəli təşkili üçün ideal məkandır.
Bu mövzuda digər xəbərlər:Hökumə Əliyevanın xatirə muzeyi açıldı FOTOLAR
08 Avqust 2025 12:17
Paytaxtda Bakı İllüziya Muzeyi fəaliyyətə başlayıb
20 Mart 2026 10:55
ADNSUda “Kibertəhklükəsizlik laboratoriyası” açıldı FOTOLAR
07 Noyabr 2024 22:44
ADNSUda “Kibertəhlükəsizlik laboratoriyası” açıldı FOTOLAR
07 Noyabr 2024 23:13
Livanda Azərbaycan Evi açıldı Fotolar
08 May 2025 10:33
Baxış sayı:594
Bu xəbər 19 Mart 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















